"Üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın potensialından fəal istifadə olunmalıdır".

APA-nın "apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, müasir zamanın qlobal və regional çağırışları GUAM çərçivəsində və beynəlxalq arenada əməkdaşlığı möhkəmləndirməyi zəruri edir: "GUAM üzv ölkələri üçün ərazi bütövlüyü məsələsi ortaq çağırış və ən ağrılı problemlərdən biridir. Regionda həllini tapmayan problemlər üzv ölkələrin siyasi, iqtisadi və sosial inkişafına maneçilik törədir”.

Gürcüstan baş nazirinin sözlərinə görə, üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünə qəsd faktlarına adekvat reaksiya və beynəlxalq dəstək almaq məqsədilə GUAM-ın potensialından fəal istifadə olunmalıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300