Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni biznes sahəsinə qədəm qoyub.

 

Uluyol.info xəbər verir ki, "Qaynar"ın əldə etdiyi məlumata görə, nazir ərzaq, turizm, kənd təsərrüfatı, bankçılıq, pambıqçılıq, tikinti, təhsil və başqa bizens sahələrinin ardınca kitab biznesinə başlayıb. Məlumatda bildirilir ki, Heydərov müxtəlif adlarda nəşriyyatlar yaratmaqla ölkədə bütün sahələrdə nəşr edilən kitabları öz nəzarəti altına alır.

 

Məqsəd özəl nəşriyyatları sıxışdırıb bazardan çıxartmaqla bir mərkəzdən idarə olunan nəşriyyatlar yaratmaqdı. Artıq nazirin nəzarətində olanTEAS, 3 ALMA və AZBOOKnəşriyyat evləri yaradılıb.

 


 

Kəmaləddin Heydərov nəşriyyat evləri ilə yanaşı, yeni kitab satışı şəbəkəsi də yaradır. İlk belə mağaza Bakı Hava limanında fəaliyyətə başlayıb. Məlumata görə, Bakıda böyük hipermarketlər kimi fəaliyyətə başlayan BRAVO-ların böyük hissəsini yeni kitab şəbəkələri tutacaq. BRAVO Ukrayna dairəsinə yaxın, köhnə Nargilə kafesinin yanında növbəti hipermarketini açmağa hazırlaşır. Ondan sonra isə isə 20 yanvar metrostansiyasının yaxınlığından, köhnə Avtovağzal ərazisində hipermarket açılacaq.

 

Kəmaləddin Heydərovun kitab mağazaları əsasən köhnələri ləğv etməklə onların yerində fəaliyyət göstərəcək. Artıq bu yöndə ilk addımlar atılıb. Nazirin böyük alış-veriş mərkəzlərində fəaliyyət göstərən "Əli və Nino" kitab satış mərkəzlərinin yerində öz mağazalarını açmaq məqsədi ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, "Əli və Nino"nun çox sayda işçisi artıq Kamaləddin Heydərovun kitab şəbəkəsinə transfer olunub.

 

Yeni yaranan mərkəz xaricdən gələn kitabları da nəzarətə götürür. Belə ki, Türkiyə və Rusiyadan gələn kitabların vahid satış bazası formalaşdırılır. Bu isə da o deməkdir ki, adıçəkilən ölkələrdən gələn kitablara gömrükdə ciddi əngəllər yaradılır.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300