Bu gün Xaçmaz rayon məhkəməsində Müsavat fəalı və partiyanın deputatlığa namizədi olmuş Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahova 10 sutka həbs cəzası verilib.

Bu haqda "Basta”ya Söhrab Əmrahov məlumat verib.

"Bu gün səhər Bəxtiyarı məhkəməyə aparıblar. Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmədə heç bir prosedura əməl olunmadan oğluma 10 sutka həbs cəzası kəsildi”, – Söhrab Əmrahov bildirib.

Söhrab Əmrahov hesab edir ki, bu qərarın səbəbi onun müxalifətçi olmasıdır: "Əsas səbəb budur, amma banka olan kredit borcunu bəhanə edirlər. Bankdan hələ devalvasiyalardan əvvəl 4 min dollardan artıq borc almışdıq. Ödənişlər vaxtlı-vaxtında edilib və cəmi 900 dollar borc qalıb. Bunun bir dəfəyə ödənilməsi tələb edilir. Amma bizim belə bir imkanımız yoxdur. İndi deyirlər ki borcunuz 2000 dollardan artıqdır. Heç bir xəbərdarlıq edilmədən, qəfildən oğluma 10 sutka həbs cəzası verildi. Bəxtiyarın səhhətində də ciddi problemlər var, müalicə olunmalıdır. Amma məhkəmə buna da məhəl qoymadı”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300