Yerli birləşmə və hərbi hissə komandirləri lazım olan göstərişləri alıblar

Ölkəmiz üçün önəm kəsb edən günlərdə cəbhə bölgəsində vəziyyət adi günlərlə müqayisədə daha da gərginləşir. Sabah 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Bununla bağlı cəbhə bölgəsində ermənilərin hansısa təxribatı gözlənilirmi?

"Qaynar"ın məlumatına görə, mövzu ilə bağlı "Metbuat.az" açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, cəbhə bölgəsində gərginlik aprelin 2-si də daxil olmaqla, artan xətt üzrə gedəcək:

"Aprel ayında Ermənistanda parlament seçkiləridir. Serj Sarkisyanın taleyi həll olunur. Belə bir vəziyyətdə Sarkisyan öz tərafdarlarının sayını artırmaq üçün nəticə əldə etmək istəyəcək. Nəticə əldə etməyin də ən yaxşı yolu cəbhə bölgəsində hansısa Azərbaycan əsgərinin qətlə yetirilməsidir. Yaxud da ki, digər ağır silahlar vasitəsilə hər hansı bir təxribatın törədilməsidir. Ona görə də, həm martın 31-i, həm də aprelin 2-si də daxil olmaqla, aprel ayı ərazində Azərbaycan Silahlı Qüvvələri son dərəcə ehtiyyatlı və diqqətli olmalıdır”.

Ekspert vurğuladı ki, Serj Sarkisyan ötən ilin aprelində itirdiyi əraziləri qaytarmaq barədə söz versə də, sözünü yerinə yetirə bilmədi:

"Sarkisyan istər-istəməz əsəbidir. Həm daxildə tərəfdarları ilə arasında olan gərginlik, tərəfdarlarının bəzilərinin onun hakimiyyətdən getməsi ilə bağlı səsləndirdiyi fikirlər və digərləri onu deməyə əsas verir ki, cəbhə bölgəsində istənilən an gərginliyin yaşanması mümkündür. Azərbaycan Müdafiə Nazirliyi bunu bilir. Yerli birləşmə və hərbi hissə komandirləri lazım olan göstərişləri alıblar. Onlar hadisələrin istənilən inkişafına hazırdırlar.

Ermənistanın müdafiə naziri "Ginnesin Rekordlar Kitabı"na düşmüş əsgərinin dəfn mərasimində iştirak edib. O, vəziyyətin ciddiliyini nəzərə alaraq gedib. Yeni müdafiə naziri çox nadir hallarda belə tədbirlərə qatılır. Prezident narahat olduğu üçün yeni müdafiə nazirini həmin əsgərin dəfninə göndərib. Nazir orada çıxışı zamanı bildirib ki, guya Azərbaycan tərəfi cəzalandırılacaq. Amma Azərbaycanın heç bir narahatçılığı yoxdur. Bizim əsgərlər ayıq-sayıqdırlar. Onlar vəziyyətin ciddiliyini başa düşürlər. Bu səbəblə, düşmən tərəfindən lazım olan istənilən addımı cavablandırmağa hazırdırlar”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300