Oskar mükafatına layiq görülən, Eddie Redmayne və Alicia Vikanderin baş rollarını canlandırdığı "Danimarkalı qız” filminin Hindistan televiziyasında göstərilməsinə qadağa qoyub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistan rəsmiləri rəssam Lili Elbe və Gerda Wegenerın həyatından ilhamlanaraq yazılan kitabın motivləri əsasında lentə alınan və ilk cinsiyyət dəyişdirmə əməliyyatını keçirən Lili Elbenin həyatından bəhs edən ekran işinin 18 yaşına çatmamış yeniyetmələr üçün zərərli olduğu bildirib. 2015-ci il istehsalı olan filmin televiziyada yayımlanması qadağan edilib.


Sözügedən qərar isə hindli tamaşaçının narazılığına səbəb olub. Onlar sosial şəbəkədə qərara sərt reaksiya göstəriblər.
Qeyd edək ki, film keçən il 4 nominasiya üzrə Oskara namizəd olmuşdu. Aktrisa Alicia Vikander "Ən yaxşı ikinci dərəcəli aktrisa” mükafatına layiq görülmüşdü.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300