Taryel Abdullayev

 

Müsəlmanlar həmişə müasir elmə təşviq edən insanların yanaşmalarını "islamafobiya” kimi qeyd edirlər.

 

İlk öncə onu qeyd edim ki, "fobiya” təşviş və qorxu hisslərindən ortaya çıxan haldır. İndi sizə bəzi məqamları izah edim.

 

Yalnızca Bəsrə körfəzi bölgəsində dünya neft ehtiyatlarının 2/3-i ixrac edilməkdəri. Araşdırmalara görə yalnız Səudiyyə Ərəbistanının 262 milyard barel neft ehtiyatı mövcud olduğu təxmin edilir. Bu dünya neftinin 25 faizi deməkdir. Dünya neft ehtiyatlarının 11 faizi İraq, 10 faizi Birləşmiş Ərəb Əmirlikləri, 9 faizi Küveyt, 8.6 faizi İran, 13 faizi digər OPEC ölkələrinə və geri qalan 22.6 faizi dünyadakı digər ölkələrin payına düşür. Bu təbii resursların normal şərtlərdə bu coğrafiyada yaşayan müsəlmanlara iqtisadi rifah gətirməsi, hətta bütün müsəlmanlara da bu rifahdan pay düşməsi deməkdir. Ancaq təəssüf ki, bütün göstəricilər bunun tam tərsini işarə edir.

Qərbin istehlak etdiyi neftin 50 faizini İslam coğrafiyası ixrac edir. Planetimizdə təxminən 1,5 milyard müsəlman yaşayır. Asiyada 1 milyard 400 milyon, Afrikada 44 milyon, Avropada və Amerika qitəsində 6 milyon. Toplam olaraq dünya əhalisi içində hər beş adamdan biri müsəlmandır. Bu qədər kütləyə və təbii sərvətə baxmayaraq niyə müsəlmanlar acınacaqlı vəziyyətdə yaşayırlar?

 

Səbəb:

 

İslam Konfransı Təşkilatının üzvü olan 57 ölkədə ümumilikdə 500 universitet var və universitet başına üç milyon müsəlman düşür. Təkcə ABŞ-da 5758 universitet mövcuddur. 2004-ci ildə "Shanghai Jiao Tong” Universiteti "Dünya Universitetlərinin Akademik Dəyər siyahısı”nı hazırlayıb. Maraqlıdır ki, müsəlman ölkələrin heç birindən ilk 500-ə girən universitet yox idi. UNDP tərəfindən toplanan məlumatlara görə müsəlman dünyasında oxuma-yazma nisbəti təxminən 40 faiz olub. 100 faiz oxucu-yazar nisbətinə sahib bir müsəlman ölkəsi yoxdur. Xristian dünyasındakı oxucu-yazarların 40 faizi universitet məzunudur; bu nisbət müsəlman dünyasında heç 2 faizi keçmir.

Müsəlman ölkələrdəki ümumi elm adamı sayı 230 olub; hər elm adamına düşən müsəlman sayı 1 milyondur. ABŞ hər 1 milyon amerikalıya qarşılıq təxminən 4000, Yaponiya 5000 elm adamına malikdir. Bütün ərəb dünyasındakı tam zamanlı çalışan tədqiqatçı sayı 35000 nəfərdir və hər bir milyon ərəbə 50 texnik düşür. Xristian dünyasında bu nisbət bir milyon adama 1000 texnikdir.

 

Nəticə 1: İslam dünyası məlumat çıxara biləcək tutumdan məhrumdur.

Pakistanda 1000 adama 23 gündəlik qəzet düşərkən bu say Sinqapurda 360-dır. İngiltərədə 1000 istand üçün 2000 növ kitab olarkən, Misirdə kitab çeşidi 20-dir.

 

Nəticə 2: İslam dünyası məlumat yayılmasını reallaşdırmaqda acizdir.

Məlumat tətbiqinin əhəmiyyətli göstəricilərindən biri texnologiya ixracatının ümumi ixracat içindəki nisbətidir. Pakistanın texnologiya ixracatının ümumi ixracatın içindəki nisbət 1%, Səudiyyə Ərəbistanı, Küveyt, Mərakeş və Cəzairinki 0.3%-dir. Sinqapurda isə bu nisbət 58%-ə çatır.

Nəticə 3: İslam dünyası məlumat tətbiqini gerçəkləşdirə bilmir.

Gələcək məlumat əsaslı cəmiyyətlərə aiddir. Maraqlıdır, OIC üzvü 57 ölkənin qeyri-neft hasilatının məbləği 2 trilyon dollardan aşağıdır. ABŞ tək başına 12 trilyon dollar dəyərində, Çin 8 trilyon dollar, Yaponiya 3.8 trilyon dollar və Almaniya 2.4 trilyon dollar dəyərində istehsal etməkdədir. (Satın alma gücü bərabərləşdirilib hesablama aparılıb.)

Neft zəngini Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər birlikdə 500 milyard dollarlıq mal və xidmət formalaşdırırlar və bunların çoxu neft məhsuludur. Mal və xidmət istehsalı İspaniyada 1 trilyon dollardan çoxdur. Katolik Polşada 489 milyard dollarlıq, buddist Tayland 545 milyard dollar dəyərində mal və xidmət istehsalı gerçəkləşdirir.

 

Müsəlmanlar niyə bu qədər gücsüzdür?

 

Cavab:Təhsildən məhrumluq. Tam mənasıyla desək, keyfiyyətli təhsil yoxsulluğu. Çox qəti şəkildə desək, mühafizəkar din və müasir olmayan təhsil. Qol gücü, savaş dövrü bitdi artıq, gələcək zəka və elmindir. Zəkası və elmi güclü olanlar dünyada söz sahibləri olacaq.

 

Bu gün İslam coğrafiyasında vəziyyət o qədər acınacaqlıdır ki, qadının üzü göründü deyə turşu atan, şalvarın balağı topuqdan aşağı oldusa cəhənnəmə gedəcəyini düşünən, qadın sünnətini həyata keçirən və müsəlman dininə inanmadığın təqdirdə səni "mürtət”, "kafir” adlandırıb ölümü mütləq görən zehniyyət formalaşıb. 1400 ildir İslamın hakim olduğu coğrafiyada cahillikdən yaranmış məzhəbçilik, nifrət, savaşlar dayanmayıb. Qardaşıq deyib biri birinin məscidinə getmirlər. Biz haqlı olaraq buna qarşı təşviş və qorxu sərgiləyiriksə, qarşı tərəfdən "islamafob” damğası alırıqsa, deməli ortada səhv bir şey yoxdur. Biz xərçəngə tutulmuş xəstədən deyil, xərçəngin özündən qorxuruq. Bu yanaşmalarımızı "islamafobiya” və başqa nə adlandırırsınızsa, o sizin öz işinizdir. Əgər bizim digər müsəlman ölkələrindəki yaranmış mühafizəkarlıq və cahilliyə qarşı fobiyamız varsa, əgər Suriyada, Liviyada, İraqda baş verən hadisələrin bizim ölkəmizdə də baş verməsinə qarşı bir fobiyamız varsa, əgər sizlər məzhəbə görə bir-birinizin məscidini və yaşayış yerlərini partladıb, sizinlə yanaşı günahsız insanların da ölməsinə səbəb olacağınıza qarşı fobiyamız varsa, sizcə haqlı deyilikmi?



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300