Orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanında iştirak edən şagirdlərin 90 faizi riyaziyyat fənnindən 2 (iki) qiymət alıb.

 

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Onun sözlərinə görə, bu barədə məlumatlar əldə etsə də, rəsmi nəticələr hələ də açıqlanmır.

 

O nəticələrin ləğv oluna biləcəyini qeyd edib:"Əldə etdiyim məlumatlara görə, mart ayından başlayaraq keçirilən orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanında iştirak edən şagirdlərin 90 faizi riyaziyyat fənnindən 2 (iki) qiymət alaraq çox aşağı nəticə göstərib. Hətta mənə məktəblərdən də çoxsaylı zənglər gəlir ki, şagirdlərin nəticəsi olduqca aşağıdır. Amma hələ də rəsmi nəticələr açıqlanmır. Əlbətdə ki, şagirdlərin böyük əksəriyyəti ilk dəfə olaraq açıq test modelləri ilə test tapşıqları işləyirdi. Bundan başqa ora məktəblərdə 2009-cu ildən keçirilən kurikulum standartları ilə tədris zamanı KSQ və BSQ yoxlama imtahanları qapalı test tapşırıqları ilə həyata keçirildiyindən şagirdlərin açıq test tapşırıqları ilə işləməsi mümkünsüz idi. Bununla yanaşı, nəinki 9 illik buraxılış imtahanı verən şagirdlərin, hətta hazırlıqlı abituriyentlərin belə açıq test tapşırıqlarına cavab vermə faizi 20-faizi ötməyib”.

 

Kamran Əsədov hesab edir ki, şagirdlərin riyaziyyat fənnindən aşağı nəticə göstərməsində direktorları ittiham edib:"Həmin o bir günahkar təhsili, bacarığı bu sahəyə uyğun gəlməyən şəxslər olan məktəb direktorlarıdır. Onlar məktəblərində keçrilən KKSQ və BSQ imtahanlarına düzgün nəzarət etsəydilər aşağı nəticələr ortaya çıxmazdı”.(bakupost)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300