"Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə"də dəyişiklik ediləcək.

Axar.az xəbər verir ki, Əsasnamənin 6-cı maddəsində əsasən, hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir. Bu maddədəki "milli təhlükəsizlik" sözləri "dövlət təhlükəsizlik və xarici kəşfiyyat" sözləri ilə əvəz edilir.

Eyni məzmunlu dəyişiklik Əsasnamənin 10-cu maddəsində edilir. Azərbaycan Dövlət himninin daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycanın idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir. Bu maddədə də "Milli təhlükəsizlik" sözü "dövlət təhlükəsizlik və xarici kəşfiyyat" sözü ilə əvəz ediləcək.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300