Yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir. Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir.

Xəzər xəbər məlumat verir ki, 9, 8, hətta 7 qəpik. həm bazarda həm marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.

Satıcılar bunu quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm satıcılar məmnundurlar.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300