Tatarıstanın Baş naziri İldar Xalikov istefaya gedib.

Axar.az xəbər verir ki, Xalikov istefasına əsas səbəb kimi başqa işlə məşğul olmaq istəyini göstərib. O, istefasının Tatarıstandakı bank böhranı ilə bağlı olmadığını bildirib.

Xalikovun səlahiyyətlərini müvəqqəti olaraq Baş nazirin müavini Aleksey Pesoşin icra edəcək.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı gözlənilmədən martın 3-də Tatarıstanın üç böyük bankının lisenziyasını ləğv edib. Ləğv edilən banklar "Tatfondbank”, "İntexbank” və "Sprut” olub.

"Tatfondbank” Tatarıstanın ikinci ən böyük bankı sayılırdı. Ekspertlər bankın borcunun 100 milyard rubldan çox olduğunu iddia edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300