Karmen MMC şirkəti Şəhid ailəsinin 175 ton taxılının pulunu mənimsəyib.

Bir neçə gün öncə vəkil Osman Kazımov şəhid ailəsinin 175 ton taxılının "Karmen” zavodunda mənimsənildiyi barədə öz facebook səhifəsində status yazaraq məlumat vermişdi.

"Prezident İlham Əliyevə burdan dəfələrlə yazmışdım ki, şəhid ailəsinin 175 ton taxılını "Karmen” də oğurlatıblar. Dələduzlardan birinin barəsində qətimkan tədbiri seçilib. Amma Bakı Apellyasiya məhkəməsi İlham Əliyevin son sərəncamını nəzərə almadan həmin şəxsi azad edib. Digər şəxs isə güya axtarışdadır, şəxsiyyətini müəyyən edə bilmirlər. Halbuki, həmin şəxsin fotosu istintaqa təqdim edilib. Üçüncü şəxs isə "Karmen”in məsul əməkdaşıdır. Prokurorluq onu məsuliyyətə almağa cəsarət etmir. Halbuki, taxılın pulu bilavasitə onun tərəfindən güya tanımadıqları dələduza verilib.”Karmen”in sahibləri Rusiyada 1 milyard dollara yaxın dəyəri olan sanatoriya tikdiriblər. Hətta açılışı özləri etdilər. Şəhid ailəsi isə zəhmətlə əkib becərdiyi taxılın pulunu ala bilmir. Müstəntiqlə söhbətimdən aydın oldu ki, burda yazdıqlarımı hər gün oxuyurlar.
<!-- [if !supportLineBreakNewLine] -->
<!-- [endif] -->

İlham Əliyev o şəhidi ölümündən sonra igidliyə görə medalla təltif edib. İlham Əliyev etdiyimiz müraciətə laqeyd yanaşır.

Ermənistan prezidenti də döyüşlərdə həlak olmuş əsgərin ailəsinin müraciətinə belə laqeyd yanaşardımı?

İnanmıram.

Bu yerdə nazir Ramil Usubovun oğlu da İstintaqın yeni şefi təyin olunub. Görək o nə edəcək. Göydə uçan quşun qanadındakı tükləri sayan Azərbaycan polisi və prokurorluğu nədən bu işi açmaq istəmir?

Orta məktəbdə oxuyanda bir əsər oxumuşdum: "Vicdan susanda”

Tədbir görülməssə şəhid ailəsi Azərbaycan hakimiyyəti üçün çox başı aşağılıq gətirə biləcək müraciət edəcək, məndən xəbərdarlıq etmək. Borcumdan çıxdım.” -Osman Kazımov bildirib.

Vəkil Osman Kazımov həmin məsələ barədə bu gün öz facebook səhifəsində yenidən status yazaraq aidiyyatı orqanlara şəhid ailəsinin məhsulunu mənimsəyənlərin fotoşəkillərini yolladığını bildirib.

"Şəhid ailəsinin 175 ton taxılının "Karmen MMC” -də oğurlanmasından yazmışdım. Daxili işlər Nazirliyi və Baş Prokurorluq iki ildir ki, yəni 720 gündən çoxdur ki, quldurları məsuliyətə cəlb edə bilmirdi. Əsas quldurbaşını da güya müəyyən edə bilmirdilər. Bu gün həmin cinayətkarın əldə etdiyim şəkilini dövlət başçısı İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova göndərdim. Cavablı və sifarişli məktubla. İtirməsinlər deyə. Bəhanələrini də kəsmişəm. Bu quldur Azərbaycan ərazisini tərk edərsə günah bu məmurların üzərində qalacaq.” -Osman Kazımov yazıb.(bastainfo)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300