Kərkükdə milli bayraqdan başqa bir bayrağın asılmasını yanlış hesab edirəm

 

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldaqda təşkil olunmuş referendum mitinqində çıxışı zamanı deyib.

 

"Oradakı bayrağın sahibləri bilsinlər ki, separatçılıq edirlər. Mən İraq Kürd Muxtar Vilayətinin (İKMV) rəhbərliyinə səslənirəm: Bu, yanlış addımı atmayın! Hətta İraq hökuməti də bunun doğru olmadığını açıqladı. Biz də eyni şəkildə buradan xəbərdarlıq edirik! Çünki biz "Kərkük kürdlərindir” cəfəngiyatına inanmırıq. Kərkük türkman, ərəb, kürdlərindir. "Bizimdir” deyib hansısa iddiada olmağın cəzası çox ağır olar: Türkiyə ilə münasibətləriniz pozular. Dərhal bayraqlarınızı endirib, İraqın milli bayrağı ilə yola davam edin”, - Ərdoğan bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl İraq Kürd Muxtar Vilayətinin bayrağı Kərkükdəki rəsmi təşkilat binalarından asılıb. Daha sonra Kərkük Məclisi şəhərin İraq Kürd Muxtar Vilayətinin tərkibinə daxil edilməsi haqda səsvermə keçirilməsinə qərar verib. Hər iki qərar Kərkükdəki türkmanlar tərəfindən etirazla qarşılanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300