Azərbaycan güclü müstəqil dövlətdir və heç vaxt öz ərazisinə terrorçuları buraxmayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş telelkörpüdə çıxışı zamanı Rusiya Dumasının Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Komitəsinin sədr müavini Dmitri Savelyev söyləyib.

"Biz şadıq ki, bizimlə sərhəddə Azərbaycan kimi güclü xüsusi xidmət orqanları, ordu, əsasən Rusiyadan alınan müasir silahlara sahib olan bütün mənalarda güclü və müstəqil dövlət var. Bu silah həmişə bizim ümumi məqsədlərimiz və ümumi təhlükəsizliyimiz üçün istifadə ediləcək”, – deyə o bildirib.

Deputat Dağlıq Qarabağ konfliktinə də diqqət ayırıb:

"Mən həmişə demişəm və deyirəm ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayon dərhal azad edilməli və heç bir şərtsiz Azərbaycana verilməlidir. Bundan başqa, ortada Xocalı qırğını məsələsi də var. Bu məsələyə qarşı dünya siyasi məkanında ikili standartlar mövcuddur. Belə ki, "erməni soyqırımı”nı tanıyan ölkələr Xocalıdakı dəhşətli vandalizm aktına və soyqırıma diqqət etmirlər. Bizim məqsədimiz bu məsələni dilə gətirib, Xocalı qırğınının soyqırım kimi tanınması istiqamətində hərəkət etməkdir. Diqqət edin, Rusiya və Azərbaycan kədərdə də, sevincdə də bir yerdədir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300