İŞİD terrorçularının İraqın şimalındakı Salah-ed-Din vilayətinin yaşayış məntəqəsinə hücumu nəticəsində 32 nəfər ölüb.

 

"Report"un məlumatına görə, bu barədə "Sinxua" xəbər verib. Xəbərdə bildirilir ki, hadisə Tikrit şəhərində baş verib. Hücum zamanı daha 28 nəfər xəsarət alıb. Agentliyin şəhər polisindəki mənbəyə istinadən verdiyi məlumatda qeyd olunur ki, İŞİD-in 7 nəfərlik qruplaşması hökumət qüvvələrinin hərbi formasını geyinərək Tikritin cənubundakı Zuxur yaşayış məntəqəsinə hücum edib. Terrorçular bundan sonra evlərə daxil olaraq sakinlərinə nizamsız atəş açıblar.

 

Ölən və yaralananlar arasında çoxlu dinc sakin var. Ölənlərin sayının arta biləcəyi istisna olunmur. İraqın təhlükəsizlik xidmətinin əməkdaşları dərhal terrorçuların tapılması istiqamətində əməliyyata başlayıblar. Onlar iki terrorçu məhv ediblər. Daha bir terrorçu-kamikadze isə bədənindəki partlayıcı qurğu ilə özünü partladıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300