Azərbaycan təhsilində rüşvət sindromu sağalmaz xəstəliyə çevrilməkdədir.Keçən ayın əvvəli qeyd edilən 8 mart bayramı ilə bağlı nazir Mikayıl Cabbarovun dəfələrlə xəbərdarlı etməsinə baxmayaraq, valideyinlərdən rüşvətlərin açıq şəkildə yığılması da göstərdi ki, aparılan islahatlar, sərtləşən cəzalar, ictimaiyyət tərəfindən edilən etirazlar bu sahədə şəffaflığın artırılmasına təkan ola bilmir.Ötən dövrlərdə valideynlər ən çox "Fond pulu” amilindən şikayətçiydilərsə, yeni dövrdə, süpürgə, xəkəndaz, pərdə pulları daha "sivil” tələblərlə əvəzlənib. Acınacaqlısı odur ki, məktəblərdə bu dəfə qeyri-qanuni pullar yeni ad altında yığılır. Bu kampaniyanın adı – "Kurikulum puludur”.

Azərbaycan məktəblərində təhsil sistemi 2009-cu ildən etibarən kurikulum sisteminə keçdi. Kurikulum – təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə birləşdirən konseptual sənəddir. Bu sistemin əsasını tərtib, tətbiq, qiymətləndirmə, təhlil təşkil edir. Kurikulum sistemində qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Bu sistemə görə, müəllimlər şagirdlərin daha effektiv işləməsi üçün köməkçi vasitələrdən istifadə edir. Bu işə vərəqlərinin hazırlanması, lüğətlərin və testlərin sürətinin çıxarılması, şagirdlərə paylanılması daxildir. Məhz bu köməkçi vasitələrin istifadə edilməsi təhsil müəssisələrində yeni rüşvət mənbəyinə çevrilib. Məktəb rəhbərləri köməkçi vəsaitlərin hazırlanması üçün şagirdlərdən və ya onların valideynlərindən pul yığırlar. Araşdırmalar nəticəsində məlum olub ki, Neftcala Rayonunda yerləşən Elton Həbibov adına 4 saylı orta məktəbdə hər şagirddən 1-2 AZN arası pul yığılır.Həmin yığılan vəsaitlə şagirdlərin testləri kserokopiya olunur. Kiçik summativ qiymətləndirməni fənni tədris edən sinif müəllimi, böyük summativ qiymətləndirməni isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya hazırlayır. Bunun üçün dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsait ayrılır. Adı çəkilən məktəbin direktoru Şəfəq Balaşova ilə əlaqə saxlamaq istəsəkdə bu alınmadı.(bakunews)


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

 Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300