Rusiya lideri Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, danışıq zamanı Rusiya dövlət başçısı Netanyahuya Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadəyə görə əsassız ittihamların səsləndirilməsinin qəbuledilməz olduğunu bildirib.

"Kimə qarşı olursa-olsun. Əsaslı şəkildə əhatəli və tərəfsiz beynəlxalq araşdırma aparılmadan ittihamların səsləndirilməsi qəbuledilməzdir”, - Putin bildirib.

Netanyahu da öz növbəsində terrora qarşı mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib.

O, həmçinin Sankt-Peterburq şəhərində metroda baş verən terror aktı səbəbilə Kreml rəhbərinə başsağlığı verib.

Xatırladaq ki, İsrail baş naziri Suriyanın İdlib şəhərində kimyəvi silahlardan istifadə nəticəsində 100-dən çox dinc sakinin ölümünə görə Əsəd rejimini ittiham etmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300