Dünyanın ən yaxşı pleymeykerinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ən güclü oyun qurucularının siyahısını açıqlayıb.

 

Qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, Argentina yığmasının və "Barselona” klubunun üzvü Lionel Messi hamıdan üstün "Qızıl top”un 4 qat qalibi karyerasında ilk dəfə bu mükafata sahib çıxıb. O, 168 xalla izləyicilərini xeyli qabaqlaya bilib.

 

İkinci pillədə "Barselona”nın digər futbolçusu Andres İnyesta qərarlaşıb. O, cəmi 91 xal toplayıb. "Yuventus”un sabiq üzvü, hazırda "Nyu York Siti”nin formasını geyinən Andrea Pirlo isə 54 xalla 3-cü olub.

 

Siyahıda sonrakı yerləri Eden Azar ("Çelsi”, 22 xal) və Kevin Debruyne ("Volfsburq” və "Mançester Siti”, 22 xal), Yaya Ture ("Mançester Siti”, 13), Toni Kroos və Luka Modriç (hər ikisi "Real”, 11), Hames Rodriges ("Real”, 10) və Xavyer Pastore (PSJ, 10) tutublar.

 

Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300