Qazax rayonunda yerləşən Ruhi Xəstəxanada dəhşətli faktlar ortaya çıxıb

Bakunews.az-a daxil olan məlumatla əlaqədar həmin ərazidə araşdırma aparan əməkdaşlarımız Qazax Rayonlararası Ruhi Xəstəxanasının qarşısında gördükləri mənzərədən dəhşətə gəlib. Xəstəxanada müalicə olunan xəstələrin rayon ərazisində diləndiyi məlum olub. Xəstələrdən biri bu barədə əməkdaşımıza dəhşətlər açıqlayıb. Xəstəxanada məskunlaşan və müalicə olunan xəstə bildirib ki, onlar müəssisənin rəhbərliyi tərəfindən işgəncələrə məruz qalır. Rəhbərlik xəstəkləri döyərək zorən dilənməyə, pul qazanmağa vadar edir. Xəstənin dediyinə görə müəssisə rəhbəri onlardan hər gün pul tələb edir. Hər gün səhər saatlarında ac-acına müəssisədən çıxarılan xəstələrə tapşırılır ki, axşama hər xəstə minumum 20-30 manat pul qazanmalıdır. Əks halda həmin xəstələrə nə yemək verilir, nə də onlar müəssisəyə buraxılmır. Çarəsiz qaqlan xəstələr səhər saatlarında müəssisədən çıxaraq rayon ərazisində müxtəlif yaşayış məntəqələrinə yollanır və əhalidən dilənməklə pul alıb müəssisə rəhbərliyinə gətirir.
Mənbənin verdiyi bir digər məlumatda isə Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət doğuran hadisə baş verib. Beləki, adıçəkilən dövlət müəssəsində xəstələr küçələrdə dilənməyə məcbur edilir. Məlumatlara görə hər gün içib keflənən rəhbərlik xəstələri dilənməyə vadar edir.

Qazax Ruhi Xəstəxanasında

Adıçəkilən xəstəxananın bir neçə sakinləri də əməkdaşlarımıza bildirib ki, bir neçə ildir həmin müəssisənin sakinidirlər. Həmin şəxslər səhər saatlarında rayon ərazisinə dilənmək üçün göndərildiklərini iddia ediblər. Onları dediyinə görə, pul qazana bilmədikləri günlərdə müəssisəyə buraxılmır, qapı qarşısında saxlanılıb incidilirlər.

Məlumatlarda da göründüyü kimi adı çəkilən xəstxananın baş həkimi bu yolla da pul qazanmaq istəyir. Xəstəxananının bütün vəsaitlərini özəlləşdirən baş həkim haqda növbəti yazılarda da geniş söhbət açacağıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300