Xəstənin həyatını xilas etmək üçün təcili yardım maşınını bərk sürərərk radara düşdü. Nəticədə ona sürət həddini aşdığına görə 310 manatlıq cərimə protokolu gəlib.

 

Hadisə Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Rüfət Hüseynovun başına gəlib. İdarəyə gələn protokolla cərimənin dənilməsi tələb olunur. Daha da maraqlısı odur ki, belə hadisə Rüfət Hüseynovun başına ilk dəfədir gəlmir.

 

Rüfət Hüseynov bildirir ki, xəstəni Ağdaşdan Gəncəyə apardıqları müddətdə təcili yardım maşınının sayrışan işıqları və digər xəbərdarlıq vasitələri təlimata uyğun olaraq işlək vəziyyətdə olub.

 

Təcili Yardım Stansiyasının qaraj müdiri Müzəffər Zakirov belə xidməti maşınların insan həyatını xilas etmək üçün işlədiyini xatırladır. Buna görə də o aidiyyatı qurumları təcili yardım maşınlarının fəaliyyətinə dəstək olmağa çağırıb.

 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev "Xəzər TV”yə açıqlamasında bildirib ki, qanunvericiliyə görə, Təcili Tibbi Yardım maşınları iş başında olarkən yol hərəkəti qaydalarının tələblərindən kənara çıxa bilərlər. Əgər həmin təcili yardım maşını sayrışan işıqlarını yandıraraq hərəkət edibsə və müəssisənin rəhbərliyi də həmin vaxt o maşının xidməti vəzifə icra etdiyini təsdiq edirsə, onda o avtomobilə gələn cərimə protokolunaxitam verilməlidir.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300