Redaksiyaya Neftçala rayon Maliyyə Şöbəsinin müdiri Rəşid
Manafovdan şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində qeyd olunur ki,
Neftçala şəhərinin mərkəzindəki, dəyəri 100000 manatdan artıq olan Nefçala Məişət
Evinin səhimlərinin 31% Zülfiyyə Babayevaya, 31% Səxavət Babayevə, yerdə qalan
38% i isə dövlətə məxsus olmasına baxmayaraq, Rəşid Manafov Babayevləri
aldadaraq, onlara təxminən 10.000 manat civarında ev verərək, səhmdarı
olduqları Məişət evində olan paylarını əllərindən alıb. Daha sonra pay sahiblərinin
şikayətini görüb onlara yalan vəd verməklə növbəti dəfə də aldadıb. Şikayətçilərin
sözlərinə görə, Rəşid Manafov Zülfiyyə Babayevaya Maliyyə Şöbəsində iş verəcəyini,
daha sonra isə aylıq pul verəcəyini vəd etsə də, sözünü tutmayıb.
Araşdırma nəticəsində məlum olub ki, bu Rəşid Manafov haqqında edilən ilk şikayət
deyil. 14 ildir rayonun Maliyyə Şöbəsinə rəhbərlik edən bu şəхs, vəzifəsindən
istifadə edərək, özü üçün böyük "biznes imperiyası” qurmağa nail olub.Neftçalada onun və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur. Rəşid
Manafovun "biznes imperiyası”na rayon avtovağzalının yanındakı mebel seхi,
Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi,
tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla
obyekt, 100 hektarlarla əkin sahəsi və s. daхildir. Bu idarə rəhbərinin sahib
olduğu biznes şəbəkəsinin sadəcə bir hissəsidir.
Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri
seçdirməyə nail olub.R.Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər
ticarət obyekti var. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, bələdiyyə sədri
olanadək şəhər stadionunun yaхınlağındakı 100 kvadratmetrlik ərazidə ticarətlə
məşğul olan Aydın Aslanovun indi şəhərin özündə və kəndlərində bir neçə sənədsiz
ticarət obyekti fəaliyyət göstərir. Dövlət tərəfindən Qarabağ əlilləri üçün
ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədri
və dayısının işbirliyi nəticəsində bu torpaq sahəsi başqalarının əlinə keçib.
Məlumat verən mənbə bildirir ki, Aydın Aslanov bələdiyyə sədri təyin olunan
kimi sahibkarları hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə
aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə
sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiq
etməyə başlayıb. Dayısına arxalanan bələdiyyə sədrinin məmur dayısının
arxalandığı şəxs isə keçmiş MTN generalı Akif Çovdarovdur. Rəşid Manafov
sözügedən bu balıq biznesinə də, elə Akif Çovdarovla birgə qol qoyub.
Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl
qoymayan Rəşid Manafov və bacısı oğlu Aydın Aslanov vətəndaşları dövlətdən
narazı salmaqla məşğuldur. Rayon sakinləri bildirir ki, onunla bağlı dəfələrlə
yuхarı dairələrə şikayət edilsə də, heç bir nəticəsi olmayıb. Məsələni diqqətdə
saxlayacağıq.(avropa.info)
Ulu Yol Xəbər portalı » Araşdırma » Rəşid Manafovun məmur səlahiyyətlərindən istifadə edərək ələ keçirdiyi “biznes imperiyası”
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/