Mahmud Əhmədinejat İran prezidentliyinə namizədliyini irəli sürüb.
Axar.az xəbər verir ki, eks-prezident namizədliyini vermək üçün bu gün İran Daxili İşlər Nazirliyinə müraciət edib. Əhmədinejatla bərabər, onun iki keçmiş müavini Həmid Baqai və Məsud Zaribafan da prezidentliyə namizədliyini irəli sürüb.
Eks-prezident jurnalistlərin "Namizədliyinizi vermək üçün Xamneidən icazə almısınızmı” sualına sadəcə gülümsəyib keçməklə cavab verib.
Qeyd edək ki, Əhmədinejat bundan öncə prezidentliyə namizədliyini irəli sürmüyəcəyini açıqlamışdı. O, 2005-2013-cü illərdə İran prezidenti olub.