SAB” şirkəti kəsmiklərə kraxmal və palma yağı vurur.

BakiPost.az xəbər verir ki, belə bir iddia ilə Şamxal Məhərəmmov adlı Facebook istifadəçisi çıxış edib. O, "Şikayətim var” qrupunda etidiyi paylaşımda "SAB” kəsmikləri istehlak edənlərə xəbərdarlıq edib: "Məqsədim şikayətdən daha çox, bilməyənləri xəbərdar etməkdir. Xəbərdarlığım "SAB” kəsmiklərindən istifadə edənlərədir. Qiyməti də digər kəsmiklərdən 70-80% bahadır.

1.85 – 1.90 manatdır. Çox adam qiymətinə görə daha keyfiyyətlidir deyib alır adətən. Amma tərkibinə diqqət etsək nə görərik ? Cəmi 11 faizi zülaldır. Kəsmikdə yağlılıq az olduqca məntiqlə kütlənin zülal hissəsi əksinə, daha da artmalıdır. Keyfiyyətli kəsmiklərin zülal faizi ən az halda 18-19 olur. 11 qram zülal artıq şübhə doğurur ki, tərkibin əsas kütləsi nəsə başqa bir şeydir.

Məhsulun üzərində tərkibi qeyd olunub. Əslində qismən etiraf edirlər ki, tərkibində təbii süddən əsər-əlamət yoxdur. Cümləyə fikir verin: "Üzsüz təbii süd və ya üzsüz quru süd”. Bu nə deməkdir ? Yəni ki, hətta cəmi 1 faizi təbii süd olsa da haqlıdırlar adamlar. Axı "və ya” yazıblar?!

Bəs qalan kütləni nə ilə doldururlar ? Adətən bu tip süni kəsmiklərə kraxmal qatılır. Yuxarıda qismən yazanda əslində bunu gizlətdiklərini nəzərdə tuturdum”, – deyə Ş.Məhərrəmov bildirib.


 

Onun sözlərinə görə, bunu yoxlamaq üçün sadə yod bəs edir:"Əgər yod əlavə etdikdə rəng daha tündləşərsə (tünd göy, tünd yaşıl) demək ki, tərkibində kraxmal mövcuddur. Hər kəs asanlıqla evdə yoxlaya bilər.

Bundan başqa, digər göstərici isə kəsmik nə qədər hamar və tək formalıdırsa bir o qədər şübhəlidir. Normalda kəsmik dənəvər şəkilli olmalıdır. Tam bir kütlə kimi ola bilməz. Bu da kraxmal və palma yağlarının mövcudluğuna işarədir.

Nə kimyaçıyam, nə hüquqşünas. Adi bir vətəndaş kimi yaxşılıq etmək istədim. Heç kimin də çörəyinə bais olmaq istəmirəm.

Kimin ağız dadına kraxmallı kəsmik uyğundursa yeməyə davam eləsin. Amma nəzərə alın ki, kraxmal kalorini dəfələrlə artırır və qlikemik indeksi də həmçinin. Qısası dietik sayılmır”.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300