Rusiya və ABŞ Suriyada hansı şəkildə əməkdaşlıq edəcəkləri barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putin ilə
görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"Biz Suriyada hansı şəkildə işləyəcəyimiz barədə razılığa gəldik", —
deyə Tillerson bildirib.