Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da siqaret qadağası ola bilər. Əgər Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantı qəbul olunarsa, bir çox yerlərdə siqaret çəkilməsi mümkün olmayacaq.

Bura təhsil və tərbiyə müəssisələri, səhiyyə, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoranlar, kafelər, barlar, ictimai-iaşə obyektləri, teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, yerüstü qapalı və yeraltı piyada keçidləri və s. daxildir.

Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində siqaret qadağası artıq çoxdan mövcuddur. Onlardan bir neçəsini təqdim edirik.

Bu məsələdə öncə qardaş Türkiyə dövlətinin adını qeyd etmək olar. Artıq uzun müddətdir ki, Türkiyədə siqaretlə bağlı sərt qadağalar var.

Belə ki, ölkədə uşaqların istifadə etdiyi bütün açıq sahələr, piyada yolları, idman sahələrində siqaret çəkilməsinə icazə verilmir. Eyni zamanda aeroportlar, avtobus terminalı, qatar vağzalı, alış-veriş mərkəzi, kinozal, teatr, tibb mərkəzləri və digər ictimai yerlərin giriş qapısına beş metrə qədər siqaret çəkilməsinə qadağalar qoyulub.

ABŞ-ın bir çox ştatlarında da bir neçə il öncə ictimai yerlərdə siqaretin çəkilməsi məhdudlaşdırılıb. Dövlət strukturları, tibb, idman, uşaq mərkəzləri, restoran, kafelərdə siqaret məhdudiyyəti qoyulub. Bununla bərabər bəzi ştatlarda bu qadağalar daha da sərtləşdirilməyə başlayıb.

Məsələn, Nyu-Yorkda parklar və onlarla kəsişən küçələrdən başqa məhşur Tayms meydanında da siqaretin çəkilməsi qəti qadağandı. Kaliforniyada isə bütün yerli çimərliklərdə siqaret çəkmək qanunla qadağan edilib.

"Merilend” ştatında qonşular siqaretin tüstüsündən şikayət edərlərsə şəxsi evində siqaret çəkən adam cərimə oluna bilər. İllinoyda isə qadağalar daha sərtdir. Belə ki, əgər şəxs avtomobilin içində 8 yaşından aşağı olan uşaq ola-ola siqaret çəkərsə, 1 illik həbs cəzası ala bilər.

Avstraliyanın Sidney şəhərindəki məşhur Menli və Bondi kimi çimərliklərində siqaret çəkmək qadağandır.

Eləcə də Finlandiya və Estoniyada da siqaretlə bağlı qadağalar var.

Norveçdə isə 2003-cü ildə ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanuna düzəliş edilib. Buna əsasən bütün ictimai yerlərdə, kafe və restoranlarda, barlarda siqaretin çəkilməsi qadağan olunub.

Finlandiyada isə bu qadağalar daha sərtdir. Belə ki, bu ölkədə ictimai yerdə siqaret çəkməyə görə 50-150 avro aralığında cəza tətbiq olunur. Yetkinlik yaşına çatmayan isə həbsxana ilə cəzalana bilir. Son qanun lahiyəsinə görə şəxsi eyvanda da qonşuları narahat edə biləcəyinə görə siqaret çəkmək də qadağan olunub.

Məlumata görə Finlandiya 2040-cı ilə qədər tamamilə siqaret çəkilməyən ölkə olmağı planlaşdırır. Maraqlıdır ki, Finlandiyada əhalinin yalnız 20 faizi siqaret asıllığından əziyyət çəkir.

İrlandiyada ictimai yerdə siqaret çəkənlər üçün cərimə 3000 avro təşkil edir. Bu ölkədə də 2004-cü ildən başlayaraq siqaretin ictimai yerlərdə çəkilməsi qadağan olunub.(qaynarinfo)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300