Hər gün Bakı metrosundan 1 milyondan çox insan istifadə edir. Metronun 25 stansiyasının olduğunu nəzərə alsaq, stansiyalar üzrə hərəkət edən sərnişinlərin əksəriyyətinin sudan, saqqızdan, müxtəlif qidalardan istifadə edərək antisanitariya qaydalarını pozmasının şahidi olmamaq mümkün deyil. Xüsusilə də, yay aylarında suya tələbat artdığından, suyu içdikdən sonra qabları oturacaqların üzərinə atılır.

Metbuat.az bildirir ki, oturacaqlarda, yerdə salfet, kontur kartları xoşagəlməz mənzərə yaradır. Tutacaqlara yapışdırılan saqqızlara görə isə adam ordan tutmaqdansa yıxılmağa üstünlük verir. Hələ burunları ilə oynayanların qatarda yaratdığı antisanitariya vəziyyəti lap ürək bulandırır.

Qatarlara zibil qablarının yerləşdirilməməsi özü də problemdən çıxmağa yardım etmir.

Qeyd edək ki, metronun vestibül və platformalarında zibil qablarının olmaması Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarına əsasən qadağan olunub. Bu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirilir. Belə ki, terrorçular partlayıcını əsasən onun içərisinə yerləşdirir.

Dəfələrlə bir çox sərnişinin kartyükləmə aparatlarından çıxan çekləri elə oradaca yerə atıb getməsinə şahid olmuşuq. Halbuki, həmin aparatların yanında kartonqutular da qoyulur.

Böyük bir ərazinin təmizliyi üçün yalnız metronun giriş-çıxışında bir zibil qabının nəzərdə tutulması da əlavə problemlərə yol açır.

Qadağanı pozanlara isə 10 manat cərimə olunur

"Bakı Metropolitenindən istifadə qaydaları"nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüll, keçid və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək, 5.1.19. bəndinə əsasən, yollara hər hansı əşya atmaq qadağandır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mövcud vəziyyətdən danışıb:

"Kimsə metronu müxtəlif tullantılarla çirkləndirirsə, bu birbaşa onun mədəniyyət göstəricisidir. Vaqon və stansiyalar mütəmadi şəkildə təmizlənir. Lakin insanlara nəzarət etmək mümkün deyil. Metrodan istifadə edənlər sanitariya qaydalarına riayət etməlidir. Qatar xəttdən çıxarkən, depoya gedən zaman gün ərzində 1-2 dəfə yuyularaq təmizlənir. Təmiz olmayan qatar xəttə buraxılmır. Onların çirkləndirilməsi də məhz xəttə buraxılarkən baş verir.Qaydaları pozanları 10 manat civarında cərimə gözləyir. Cərimələr metroda fəaliyyət göstərən polis əməkdaşları tərəfindən tətbiq edilir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300