Artıq sosial şəbəkələr çoxlarının həyatının ayrılmaz hissəsinə çevrilib. Hətta elə insanlar var ki, bütün gün bu şəbəkələrdə aktiv olur, müxtəlif düşüncələrini paylaşırlar. Bəs əgər başqası sizin fikirlərinizi olduğu kimi səhifəsində yazaraq öz fikri kimi qələmə verərsə, necə? Bu halda nəsə etmək mümkündürmü? ARB TV-nin "Günə doğru” proqramında mövzu ilə bağlı maraqlı sujet yayımlanıb.

Belə ki, virtual dünyada müəlliflik hüquqlarının pozulması təkcə yazılan fikirlərin oğurlanması ilə bitmir. Bir çox videobloqerlər də eyni problemdən əziyyət çəkirlər.

Elçin Allahverdiyev (videobloger): "Hamı Avropadan, Amerikadan, Türkiyədən maraqlı "vine”ları götürüb tərcümə edərək özləri yayımlayırlar. Mənim videolarım isə digərləri tərəfindən götürülür”.

Hüquqşünas Hüseyn İsmayılov sosial şəbəkələrdə paylaşılan hər fikrin qorunmasının mümkün olmadığını deyir.

Sosial şəbəkələrdə müəlliflik hüquqlarını qanunlarla qorumaq çətin olsa da, bununla mübarizə üsulları da mövcuddur.

Ümumilikdə, mütəxəssislər düşünür ki, bu məsələ hüquqi yox, etik problemdir. Burada əsas məsələ ictimai qınağın olmasıdır. Əgər ictimai qınaq formalaşsa, bir müddətdən sonra başqalarının fikirlərini istinad göstərərək paylaşanlar çoxalacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300