1918-ci ildə mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan edilməsindən sentyabrın 15-dək Bakının erməni-daşnak ünsürlərindən təmizlənməsində xüsusi rolu olan Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın həyatı haqqında bədii filmin çəkilişi başa çatıb.

Bu barədə APA-nın Türkiyə bürosuna filmin prodüseri Emrehan Seyhan məlumat verib. 92 dəqiqəlik bədii filmin mayın axırında TRT kanalında göstərilməsi nəzərdə tutulur.

Filmin ssenari müəllifi Atilla Ünsal, rejissoru Süleyman Mərd Özdəmir, bədii rejissoru Aysun Özdəmirdir. Filmdə Nuri Killigilin uşaqlıq dövrünü aktyor Berat Koçər, gənclik dövrünü Eray Türk, yaşlı dönəmini isə İbrahim Gündoğan oynayıblar.

"Əvvəlcə Nuri paşa haqqında sənədli film çəkməyi düşünmüşdük, sonra bədii filmdə düşüncələrimizi daha yaxşı ifadə edə biləcəyimizi gördük. Tədqiqatçı-yazar Atilla Oralın "Nuri Killigil” kitabı bizə ən yaxşı yol göstərici oldu. Qafqaz İslam Ordusunun komandanı olmuş Nuri paşanın həyatının Azərbaycan dönəmiylə bağlı arxiv videoları əldə etməyə çalışsaq da, buna nail ola bilmədik. Nuri paşanın çox sevdiyi azərbaycanlı şair Əhməd Cavadın sözlərinə bəstələnmiş "Çırpınırdın Qara dəniz” mahnısının fraqmentlərini filmin bir neçə yerində səsləndirmişik” - deyə, o, bildirib.

Qeyd edək ki, 2 mart 1949-cu ildə İstanbulun Sütlücə səmtindəki silah zavodunun partladılması nəticəsində şəhid olan Nuri paşaya qiyabi cənazə namazı 28 sentyabr 2016-cı ildə Edirnekapı şəhidliyindəki məzarı başında qılınıb. Türkiyə Osmanlı imperiyasının baş naziri Ənvər paşanın qardaşı Nuri Killigili tədqiqatçı-yazar Atilla Oralın 2016-cı ilin iyununda çıxmış 928 səhifəlik "Nuri Killigil” kitabıyla daha yaxşı tanıyıb. Yaxın günlərdə Sütlücədə Nuri Killigil parkının açılışı gözlənilir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300