Fransa prezidentliyinə namizəd, ultrasağçı "Milli cəbhə” partiyasının lideri Marin Le Pen may ayında Avropa Parlamentinin onun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı dinləmələrinə dəvət ediləcək.

Virtualaz.org xəbər verir ki, bu barədə Avroparlamentin hüquqi işlər üzrə komitəsinin sədr müavini Laura Ferrara bildirib. Onun sözlərinə görə, Le Pen may ayında ilk mümkün olan gündə dinləmələrə çağırılacaq. Ferrara əlavə edib ki, dinləmələr mayın 7-də, Fransada prezident seçkilərinin ikinci turu keçirilən gün təşkil edilə bilər.

Xatırladaq ki, müstəntiqlər Marin le Penin deputat toxunulmazlığının ləğv olunmasını tələb ediblər. Fransalı qadın siyasətçi iki köməkçisini işə qeyri-qanuni qəbul etməkdə ittiham olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300