Şəmkir rayon sakini dərmandan
zəhərlənib.
APA-nın qərb bürosunun məlumatına görə, rayonun Kür qəsəbə sakini, 1991-ci il təvəllüdlü
Mətanət Adıgözəlova zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu
bildirilir.
Yaxınlarının dediyinə görə, M. Adıgözəlova ağrıkəsici dərman qəbul etdikdən
sonra zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.