Davam edən təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.
Uluyol.info-nun Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub. Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.
Uluyol.info