Prezidentliyə keçmiş namizəd indi də Nyu-York meri olmaq eşqinə düşüb

ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi Donald Trampa məğlub olan Hillari Klinton, deyəsən, düşdüyü depressiyadan ayılıb və yeni siyasi macəralara atılmağa hazırlaşır.

Xanım Klinton bu arada pul qazanmağı da yaddan çıxarmır. Bu barədə Almaniyanın "Focus” informasiya-analitik jurnalı yazır.

"Uğurlu qayıdış doğru zamanın məsələsidir. Noyabr ayındakı məğlubiyyətdən sonra tərəfdarları qarşısında dəri pencəkdə və rəngli bluzda görünən Hillari Klinton öz çıxışı ilə tvitterdə minlərələ heyranlq və tərif dalğasını qazanıb”, - məqalə müəllifi Peter Qruber yazır.

 

Картинки по запросу hillary clinton in san-francisco

Xanım Klinton öz qayıdışını ABŞ liberallarının alınmaz qalalarından sayılan San-Fransiskoda qeyd edib.

"Mənim özümü xoşbəxt hiss etmədiyim bir yer yoxdur- Ağ Ev istisnadır”, - Klinton tərəfdarlarına belə səslənib.

Hillari Klinton məğlubiyyət şokunu üzərindən atdığını bildirib.

"Mən bunun öhdəsindən gəldim. İndi nəyin uğrunda müabarizə aparacağımı yaxşı bilirəm”, - sözləri ilə Klinton siyasi mübarizədən əl çəkməyəcəyinin işarəsini verib.

"Focus”un bildirdiyinə görə, payız aylarında Klintonun məğlubiyyətlə nəticələnən prezidentlik kampaniyası ilə bağlı kitabı çıxmalıdır. Buna görə veriləcək qonorar isə milyon dollarlarla ölçülür.

 

Картинки по запросу hillary clinton in writing book on 2016 presidential

Bundan başqa Hillari Klinton heç öz şifahi çıxışlarını da havayı etmir
"Klinton publika qarşısında hər çıxışına görə ən az 250 min dollar pul istəyir”, - jurnal yazır.

Prezidentliyə keçmiş namizəd Tramp dövründə dəyişən Amerikanı insanlara anlatmaq və özünün dediyinə görə, onları ayıltmaq fikrinə düşüb.
"Biz hamımızı narahat edən işarələri indidən görürük”, Klintonn Vaşinqtondakı çıxışında söyləyir.

Demokrat siyasətçi Trampın böyük dağıdıcı nəticələr gətirib çıxaracaq səhvlərə yol verdiyini bildirir.

"Klintonun bütün ritorikası onu göstərir ki, o, bir siyasətçi kimi impulsiv və emosional Donald Trampın rasional antipodu rolunu oynamaq istəyir. Onun dünya haqqında təsəvvürləri alternativ həqiqət və sui-qəsd nəzəriyyələri üzərində deyil, faktlar və dəlillər əsasında qurulub”, - Piter Qruber qeyd edir.

Məqalə müəllifinin fikrincə, Klinton yenidən seçkilərdə gücünü sınaya bilər. Bu dəfə onun noyabrın 7-də keçiriləcək Nyu-York şəhərinin meri postu uğrunda mübarizəyə qoşulacağı barədə xəbərlər dolaşır.

Klintonun özü isə hələ ki bununla bağlı çıxan xəbərlər qarşısında susqun tövr nümayiş etdirir və heç bir şərh vermir.

"Lakin 2020-də Klinton-Tramp raundu barədə yalnız Hillarinin ən qızğın fanatları arzu edə bilər, - "The Washington Post” qəzetinin yazarı Kris Silizz yazır.

Silizz bir çox ekspertlərin demokratların gələcək seçkilərdə yenidən Hillari Klintona güvənməsinin böyük siyasi xəta ola biləcəyini qeyd etdiklərini dilə gətirib.

"Lakin məhz Klintonun təcrübə və müdrikliyi sayəsində demokratların gənc nəslinin yenidən iqtidara qayıtmaq şansı doğa bilər. Siyasətə geri dönüşündən bu yana o, şübhəsiz ki, partiya içərisində içərisində Dame (görkəmli siyasi xadimə-red.) olaraq özünü təsbit etdirə bilib.(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300