Lənkəran şəhərinin icra başçısı Taleh Qaraşovun adı qalmaqallı məsələlərdə yenidən gündəmə gəldi.

Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Belə ki, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva vəzifə səlahiyyətindən istifadə edərək, uşaq baxçalarını və digər müəssisələri talamaqda davam edir. Hətta uşaq baxçalarına müdir təyinatını R. Əliyeva həyata keçirir. Etibarlı mənbənin verdiyi məlumatlara əsasən bildirilir ki, icra başçısı bütün səlahiyyətləri xanım müavininə həvalə edib. Bunun müqabilində "kassir” rolunu həyata keçirən Rəsilə Əliyeva qarşılıqlı şəkildə başçının "etimadını” doğruldur.

Əldə etdiyimiz məlumatlarda daha sonra vurğulanır ki, uşaq baxçasına müdür təyinat 20 0000 AZN başa gəlir. Əlbətdə ki, qoyular məzəndə R. Əliyevanın deyil, birbaşa Lənkəran ŞİH başçısı Taleh Qaraşovun sifarişidir.

Xatırladaq ki, qeyd etdiyimiz məlumatı Rasilə xanım özüdə təsdiq edib. Digər bir məlumatda isə vurğulanır ki, Rasilə Əliyevə Lənkəran şəhərində söz sahibidir. Lənkəranda elə bir müəssisə rəhbərliyi ola bilməz ki, R. Əliyeva ilə hesablaşmasın. "Qanunlara” tabe olmayan şəxs dərhal vəzifəsindən uzaqlaşdırılır. İndicə redaksiyamıza daha bir şok məlumat daxil oldu. Xanım müavinin övladı Əliyev Arif Faiq oğlu heç bir abuturiyent kitablarında adı olmadığı halda, Polis Akademiyasında hansı haqla təhsil alır? Növbəti yazılaımızda bu haqda ətraflı məlumat əldə edəcəksiniz. Araşdırmalarımız davam edir… \\nia.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300