Minik avtomobili idxalı azalmaqda davam edir.

Xəbər verdiyimiz kimi, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana 1431 ədəd nəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin 3 ayı ilə müqayisədə 5% çoxdur. 2016-cı ilin birinci rübündə Azərbaycana 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

Uluyol.info Marja-ya istnadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalında artım yük avtomobillərinin idxalının atmasından qaynaqlanıb.

Əslində minik avtomobillərinin idxalı 4% azalıb. Belə ki, bu ilin yanvar- mart aylarında 1185 ədəd minik avtomobili idxal olunub. Keçən ilin anoloji dövründə minik avtomobili idxalı 1235 ədəd təşkil etmişdi.

Keçən ilin ilk rübündə 97 ədəd yük avtomobili idxal olunarkən, bu ilin anoloji dövründə idxal 195 ədəd təşkil etmişdir. Yük avtomobili idxalındakı 98 ədədlik artım cəmi nəqliyyat vasitələrinin idxalının artmasında səbəb olub.

2017-ci ilin yanvar-mart aylarında ölkəmizə 25 ədəd avtobus, 1185 ədəd minik avtomobili, 195 ədəd yük avtomobili, 26 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub. 2016-cı ilin yanvar- mart aylarında Azərbaycana 19 ədəd avtobus, 1235 ədəd minik avtomobili, 97 ədəd yük avtomobili, 11 ədəd xüsusi təyinatlı avtomobil idxal olunmuşdu.

Minik avtomobili idxalının azalması rəsmi distribyutor və dilerlərin satışlarının çox aşağı qalmaqda olduğuna işarə edir.

Son iki ayda dolların manat qarşısında bir qədər ucuzlaşması avtomobil satışlarını cüzi canlandıra bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300