Fransada ifrat sağçı mer nifrət hissləri oyadan kəlməsinə görə 2000 avro məbləğində cərimələnib.

Buna səbəb onun, yerli məktəblərdə müsəlman uşaqlarının həddən çox olduğunu qeyd etməsi olub.

Robert Menard ölkənin cənubunda yerləşən Beziers şəhərinin meridir və immiqrantlar əleyhinə olan Milli Cəbhə partiyasının (NFP) müttəfiqidir.

Keçən il Fransada məktəb dərslərinin başladığı sentyabrın 1-də o, "böyük dəyişikliyin" şahidi olduğunu Twitter vasitəsilə bildirib.
O, bununla Fransada yerli xristianların sayının azalmasını, miqrantların sayının isə artdığını təsvir edib.

Sentyabrın 5-də Menard LCI televiziyasına bildirib:"Şəhərin mərkəzindəki məktəb sinifində uşaqların 91 faizi müsəlmandır. Bunun bir problem olduğu aydındır. Tolerantlığın həddi var."

Fransa qanunvericiliyində insanın etnik mənsubiyyəti və ya dini etiqadı barədə məlumatlara qadağa qoyulur.

Menard öz şərhlərini müdafiə edərək deyib: "Mən yalnız vəziyyəti təsvir etmişəm. Bu rəy deyil, bu faktdır. Bunlar mənim gördüklərimdir".
Cərimədən əlavə, Paris məhkəməsi iddia qaldırmış və irqçilik əleyhinə çıxış edən qrupların məhkəmə xərclərinin ödənilməsi üçün 1000 avro pul ayrılması barədə qərar verib.

İfrat sağçıların lideri Marine Le Pen mərkəzçi namizəd Emmanuel Macron ilə mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaq.
Menard məhkəmənin qərarından şikayət edəcəyini bildirib.

İmmiqrasiyanın kəskin tənqidçisi olan Robert Menard müstəqil siyasətçi kimi fəaliyyət göstərir və ifrat sağçı Milli Cəbhə tərəfindən dəstəklənir.

İfrat sağçıların lideri Marine Le Pen mərkəzçi namizəd Emmanuel Macron ilə mayın 7-də keçiriləcək prezident seçkilərinin ikinci turunda rəqabət aparacaq (BBC).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300