Milli Şura və Bakı Şəhər İcra Hakimiyyəti razılaşmadı

Milli Şura aprelin 30-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında deyib ki, BŞİH mitinqin aprelin 30-da deyil, 29-da keçmiş "Məhsul” stadionunda keçirilməsini təklif edib.

AXCP-nin Gənclər Komitəsinin sədri İlham Hüseyn isə APA-ya deyib ki, BŞİH-ə göndərilən müraciətdə mitinqin ünvanı kimi Nərimanov parkı və Sahil bağı göstərilib: "Ancaq Bakı Şəhər İcra Hakimiyyəti vaxtı və yeri dəyişib. Səbəb kimi göstərilib ki, istirahət günü mitinq keçirmək insanların istirahət hüququnu pozur. Əslində isə heç bir əsaslandırılmış səbəb yoxdur. Ona görə də biz təkliflə razılaşmadıq və mitinqin 29-da keçirilməsi ilə bağlı qərarımız yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət ediləcək”.

İ.Hüseyn onu da deyib ki, BŞİH-in bu qərarına görə məhkəməyə müraciət edilə bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300