Siyasi məhbus Mehman QələndərovKürdəxanı İstintaq Təcridxanasında intihar edib. Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

"Mehman Qələndərov dünən saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.Məlumat üçün bildirim ki, Mehman Qələndərov tənqidçi mövqeyi ilə seçilir, bloger fəaliyyəti ilə məşğul olurdu. Keçən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən "Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri idi. Eyni zamanda o heykəl önünə gedərək "heykəl məhbusları” Qiyasa və Bayrama azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra fevralın 7-də narkotika ittihamı ilə şərlənərək həbs olundu”, – Oqtay Gülalıyev bildirib.

"Mehman Qələndərov bu rejimin qurbanlarından biridir. Biz onu siyasi məhbus kimi tanıyıb yerli və beynəlxalq ictimaiyyətə təqdim etsək də təəssüf onu lazımınca müdafiə edə bilmədik.Bu ölkədə kral istəməyənlər, azadlıq tələb edənlər ya intihara sövq edilir, ya həbs olunur, ya da ölkədən didərgin salınır. Günümüzün acı reallığı budur. Amma mübarizə bitməyib və bitməyəcək!” – Oqtay Gülalıyev əlavə edib.

Qeyd edək ki, Mehman Qələndərov 2005-ci ildə Sabunçu rayonundan deputatlığa namizəd olub.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300