2 gün əvvəl Amerikan Ürək Cəmiyyətinin rəsmi internet saytında verilən bir xəbərə görə Nyu-York Şəhəri Səhiyyə Departamenti ilə Nyu-York restoranlar şəbəkəsi arasında 1 ildən çoxdur davam edən məhkəmə nəticələnmişdir. Məhkəmənin səbəbi duz haqqında verilmiş qərar idi.

2015-ci ildə Nyu-York Şəhəri Səhiyyə Departamenti şəhərdəki restoran menyularında sağlamlığa zərərli hesab edərək tərkibində ən az 2300 milliqram natrium (yəni 5750 milliqram xörək duzu. Xörək duzu natrium və xlordan ibarətdir. 100 qram duzda 40 qram natrium, 60 qram xlor var) olan yeməklərin adlarının qarşısında "duz qabı " şəklinin qoyulmasını məcbur etmişdir. Milli Restoranlar İttifaqı isə qərara etiraz etmiş və iş məhkəməyə həvalə edilmişdir. 1 ildən çoxdur davam edən məhkəmə isə bu yaxınlarda nəticələnmiş və qərar Nyu-York Şəhəri Səhiyyə Departamentinin lehinə olmuşdur.
Xörək duzunun tərkibindəki natrium ürək-damar xəstəliklərinin patofiziologiyasında vacib rol oynayır. Natrium qan təzyiqini yüksəldir, xüsusilə bu təsir yaşlılarda və qaradərililərdə barizdir, təzyiqlə əlaqəli böyrək və damar xəstəliklərinə yol açır. Hesablamalara görə natriumun miqdarını 1000 milliqram/gün azaltmaq böyük təzyiqi 3,1 mmHg, kiçik təzyiqi 1,6 mmHg azaldır. Xüsusən bu azalma çox duz qəbul edənlərdə (~9-10 qram duz) daha qabarıqdır, gözəçarpandır.

Çoxsaylı araşdırmalarda yüksək miqdarda natrium qəbulunun beyin qan dövranının kəskin pozulması (insult) riskini və buna bağlı ölümləri artırdığı sübuta yetirilmişdir. Ürək çatışmazlığı diaqnozu qoyulmuş xəstələrdə duzu azaltmaq, xüsusilə vacib məsələdir. Çünki ürək çatışmazlığı olan xəstələrdə duz bədəndə su tutaraq ağciyərdə, qarında, ayaqlarda su yığılmasına, nəticədə təngnəfəsliyə, qarında və ayaqlarda şişkinliyə gətirib çıxarır.Gündəlik tövsiyə edilən duz miqdarı 5 qramı (˂2300 milliqram natrium) keçməməkdir. Orta-ciddi ürək çatışmazlığı olanlarda isə 2 qramdan artıq olmaz.

Yediyimiz duzun təxminən 80%-i işlənmiş qidalardan, 20%-i yeməyə sonradan əlavə etdiyimiz duzdan qaynaqlanır. Səhər yeməkləri, paketlənmiş qidalar, çörək, turşular, ət-toyuq-balıq məhsulları "duzlu” qidalardır. Meyvə və tərəvəzdə isə çox cüzi miqdarda duz var. Duz haqqındakı tövsiyələrə əməl etməklə ürək, beyin, böyrək xəstəliklərinin qarşısını almaq olar. 2010-cu ildə Dünya Xərçəng Tədqiqatı Fondunun məlumatlarına görə ən çox duz yeyən ölkələr Şərqi Avropa və Asiya ölkələridir. Siyahıda ən çox duz istehlak edən top 20 ölkə arasında Azərbaycanın da adı var, 13-cü sırada. Məlumatı xərçəng xəstəliklərini araşdıran bir fonddan götürməyim təsadüfi deyil, çünki mədə xərçənginin ən çox görüldüyü Koreya, Monqolustan, Yaponiya kimi ölkələr eyni zamanda ən çox duz istehlak edən ölkələr arasındadır.

Hazırda əhalinin sağlamlığını düşünərək Bakı şəhərindəki restoranların menyularında yüksək miqdarda duz olan yeməklərin qarşısına "duz qabı” şəkli qoymaq bizə çox yüksək səviyyəli bir xidmətmiş kimi görünür. Çünki biz hələ qidalarımızda ölmüş heyvan, at-eşşək ətini halal ətdən ayırmaq üçün çabalayırıq və bu mərhələni aşa bilməmişik.

Vüsal Vəliyev, kardioloq

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300