Azərbaycan vətəndaşı ziyarətlərlə məşğul olan şəxsdən ağılasığmaz hərəkət

Artıq bir çoxlarına məlum olduğu kimi Azərbaycandan həm Kərbəlaya Həmdə Ümrə ziyarətinə yola düşən 70 nəfərə yaxın zəvvar aparan Həsənov Təvəkkül Vaqif oğlu zəvvarların pullarını mənimsədiyi üçün və İraq Əl Əqsar şirkətinə veriləcək pulları və gedişata lazım olan digər xərcləri mənimsəyərək hiylə işlədərək Kərbəla şəhərində Ənfərul Bəqi Hotelində qaldığı otağına od vuraraq yandırıb. Yandırmağını boynuna almasada və pullarında güya o otaqda yandığını bildirərək özünü müdafiə etmək istəmişdir.
Amma bir çox səylərinə baxmayaraq Həsənov Təvəkkül İmam Hüseyn Hərəminə təslim olaraq zəvvarları aldatmasına, qərib yerlərdə başsız qoymasına, pulu mənimsəməsinə, hotelə külli miqdarda zərər vurmasına, İraq Şirkətini aldatmasına və s. hoqqabazlıqlarına görə orada mühakimə olunaraq İraqın Kərbəla şəhərində zindana salınmışdır. Zindandan çıxması üçün həmən pulları ödəməlidir.


Biz bu işlə bağlı araşdırma apararaq Ziyarət işinə baxan bir neçə rəsmi şirkətlərlə əlaqə saxladıq və həmən şirkətlərin bu şəxslə heçbir əlaqəsi olmadığını öyrəndik.


Və həmən məhşur şirkətlərdən biri olan Eşq Səfərinin təsisçi direktoru Fəxri Həsənovla əlaqə saxlayaraq ondan müsahibə aldıq. Fəxri Həsənov bildirdiki. Ümrə və Həcc ziyarətinə yalnız Qafqaz musəlmanlar idarəsi baxır.


Təvəkkülün etdiyi səhv əməldən artıq hamı kimi bizdə xəbərdarıq. Amma bizimlə heçbir əlaqəsi yoxdur. O şəxs heç vaxt bizimlə iş görməyib. O da bəzi Qrup rəhbərləri kimi özü qrupunu yığıb ziyarətlərə gedən adam idi. Onu bu cür qiyabi tanımışıq sadəcə. Və onu zindana saldıqları üçün onun mobil telefonu onunla olan zəvvar xanımlarin birində olduğuna görə oda orda əlinə keçən məlumatla mənim nömrəmə yazıb. Və bizim məsuliyyətli olduğumuzu bildiyi üçün bizdən kömək istəyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300