Qazax rayonunda 56 yaşlı kişi intihar edib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon sakini,
1961-ci il təvəllüdlü Füzuli Xəlilov yaşadığı evdə özünü iplə asıb.
İlkin ehtimal onun öz canına qəsd etməsinə küllü miqdarda borcunun olması səbəb
kimi göstərilir.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü
öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sakinlərin dediyinə görə, F.Xəlilov valyuta alqı-satqısı ilə məşğul olurmuş.