Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gələcək.

Çempionlar Liqasının son qalibi "Real” turnirin son finalçısı "Atletiko”nu qəbul edəcək. "Real” ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqibdir. Ötən mövsüm əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında "Atletiko” rəqibinə boyun əymişdi. 2013/2014 mövsümünün də finalında məhz bu iki komanda qarşılaşmışdı. Həmin vaxt görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş, lakin əlavə 30 dəqiqədə "Real” rəqib qapısından daha 3 top keçirərək, turnirin qalibi adını qazanmışdı.

La Liqanın cari mövsümündə "Real” və "Atletiko” arasında keçirilmiş 2 görüşdən birində "kral klubu” qələbə qazanıb, digərində isə digərində isə heç-heçə (1:1) qeydə alınıb.

Madridin hər iki təmsilçisi İspaniya çempionatının XXXV turunda qələbəyə sevinib. "Atletiko” səfərdə "Las Palmas”ın qapısından 5 cavabsız top keçirib, "Real” isə öz meydanında "Valensiya”nı 2:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
2 may

22:45. "Real” (Madrid, İspaniya) – "Atletiko” (Madrid, İspaniya)
Baş hakim: Martin Atkinson (İngiltərə)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300