Ölkənin ilk internet kanalı olan "Kanal 13"ün direktoru Əziz Orucov polis tərəfindən saxlanıb.

Bu haqda Əziz Orucovun qardaşı və "Kanal 13"ün təsisçisi Anar Orucov özünün facebook səhifəsində məlumat verib: "Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb, işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, Nəsimi Rayon Polis idarəsinə aparılıblar. Bir müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb. O, xuliqanlıqda ittiham edilir".

 Nəsimi rayon Məhkəməsi Əziz Orucova xulqanlıq maddəsi ilə 30 sutka həbs verib.(musavat.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300