Tərkibində spirt olan 3 energetik içkinin gücü yarım litr spirtli içki qədər təsirediciliyə qadirdir

Azərbaycanda bu içkidən istifadə edənlər gündən-günə artır və çox təəssüf ki, artan siyahıda avtobus və taksi sürücüləri də var.

Ulus.Az xəbər verir ki, bu içkilərin əksər Avropa dövlətlərində qəbulu qadağandır. İsveçdə, Fransada, Almaniyada demək olar ki, yalnız apteklərdə satılır. Norveçdə, Danimarkada tamam qadağan olunub.

Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxuqaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır.

"Hell” ingilscədən tərcümədə "cəhənnəm” deməkdir. Bankanın üz tərəfində də şeytanın simvolu var.

Yəni belə anlaşılır ki, bu içkini qəbul edən cəhənnəmlik olur, şeytan da ona baxıb gülür. Bunu içənlər başa düşmür ki, qəbul etdiklərinin tərkibi nədən ibarətdir.

Bu içkini mütəmadi qəbul edənlərin zehni işləmir, beyinlərində kütlük, heysizlik, hərəkətsizlik, yaddaşsızlıq yaradır.

Ona görə də səhiyyə orqanları bu barədə geniş məlumat verməli, bu məsələ millət vəkilləri tərəfindən parlamentdə müzakirəyə çıxarılmalı, müvafiq qanunlar qəbul edilməlidir.

Ulus.Az xəbər verir ki, "Hell", "Burn", "Boss", "Jaguar", "Rox", "Red Bull", "Pitbull", "Revo", "Trojka", kimi markalar bizim marketlərdə boldur və adlarından da nə olduqları bəllidir.

Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq.

Əgər biz uşaqlarımızı sağlam görmək istəyiriksə, bilməliyik ki, bu araqdan və siqaretdən çox dəhşətlidir. Hələ heç kim oxumur, hamı alıb içir.

Burada səhiyyə işçiləri susurlar. Məlumat vermirlər. Bununla bağlı həyacan təbili çalınmalıdır.

Heç kim bu içkidən zəhərlənmə və ya ölüm faktı ilə bağlı arayış verməyəcək. Çünki bu biznes elə qurulub. Amma Standartlaşdırma, Meterologiya və Patent Komitəsi heç bir addım atmır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300