"Nardaran işi -2" məhkəmə prosesi bu gün davam edib. Məhkəmə prosesi başlamazdan əvvəl jurnalistlərin məhkəmə prosesinə buraxılmaması barəsində məhkəmə işçiləri məlumat veriblər. İki nəfər jurnalistdən başqa heç bir jurnalistləri məhkəmə prosesinə buraxmadılar. Məhkəmə nəzarətçiləri Nardaran işində həbs olunanların yaxınlarına bildirib ki, Press-az.com saytının redaktoru Polad Aslanovu və digər jurnalistlərin buraxılmaması barəsində yuxarıdan tapşırıldığını bildiriblər.

Картинки по запросу polad aslanov foto

Polad Aslanov Press-az.com-a bildirib ki, jurnalistlərin məhkəməyə buraxılmaması , məhkəmənin işə obyektiv baxılmasını sual altına alır. Nəticədə jurnalistlər məhkəmə prosesində baş verənləri yazır, artıq nə isə yazmır. Demək bunlar məhkəmə gedişinin yayımlanmasına mane olur. Polad Aslanov bildirib ki,məsələnin aktuallığını nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri və işçiləri adiyyatı üzə dövlət qurumlarının jurnalist peşəsinə mane olduğuna görə hüququ müdafiəçiləri və müstəqil media nümayəndələri bu məsələyə biganə qalmasın. Bundan əlavə olaraq bildirib ki, adiyyatı üzrə dövlət qurumlarına da bu gün ki, olayla bağlı sorğu və müraciət göndərəcəyik.

Press-az.com saytının verdiyi məlumata görə, jurnalistlərə qarşı bu cür hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində bir həftədə 3 dəfə baş verib. Birinci Nardaran işi 3-də, İkiqat Avropa Çenpiyonu Renat Əliyevin məhkəmə prosesində və bu gün də Nardaran işi 2 məhkəmə prosesində jurnalistlərə qarşı bu cür qeyri- qanuni olaraq peşə fəaliyyətlərini həyata keçirməyə mane olublar. Ağır Cinayyətlər məhkəməsinin hakimləri qeyri-qanuni olaraq jurnalistlərin məhkəmə iclasında iştirak etməsinə mane olması isə hakimlərin düzgün qərar verməsini sual altına alır. (press-az.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300