"Xəyalənin meyidi hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyidini yerdə qoymasınlar''.

BiG.AZ xəbər verir ki, bu sözləri iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib. Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş:

''Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü isə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün Razində gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib''.

Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: ''Sürücünü polis saxlayıb, amma bizə deyiblər, yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdu dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəd keçəliyik''.

Qeyd edək ki, X.Məmmədovanı Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər” stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil vuraraq öldürüb.

Bu arada qəza törədən azyaşlının biznesmen atası Füzuli Fərəcovun şəkli yayılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300