Tərtər rayonu Respublikamızın ən narahat bölgəsi desək yanılmarıq. 90-cı illərə qədər Mirbəşir adını daşıyan bu rayon müstəqillik illərində öz keçmiş Tərtər adına qayıtdı.

Tərtər respublikamızın gözəl guşəsi olmaqla yanaşı, həm də qəhrəman şəhər adına layiq görülmüşdür. Tərtər adı gələndə hər bir qəhrəman doğan ana alınmaz qalasında qəhrəman itirdik deyə köks ötürməkdədir. Tərtər rayon əhalisi qəhrəmandı, anasıda, uşağıda, qocasıda, cavanıda. İllərdir erməni faşizminin gizli atəşləri altında bir qarış torpağını qoyub tərki Vətən olmurlar.

Bütün yuxarıda sadalananlar bir həqiqətdir. Həqiqətlər bununlada bitmir. İllərdir qəhrəman şəhər sakinləri zülm içində həyat sürsələrdə bir gün olsun belə bundan gileyçi olmayıblar. Xarici təhlükələrə qarşı özlərini sipər edib Azərbaycana gələcək bütün bəlaların önündə durmuşlar. Bu gün isə hər bir vətəndaş bir tikə çörək üçün olmazın zülmünə qatlaşmaq məcburiyyətində qalıblar. Xarici təhlükə artıq onlar üçün təhlükə olmaqdan çıxıb. Hal-hazırda daxildə olan zülmkarların onlara çəkdikləri dağ düşmənin vurduğu ziyandan ağırdır.

Tərtər Təhsil şöbəsi tərəfindən – Dövlətin təməlinə vurulan zərbələr

Xalqı hakimiyyətdən narazı salınması xarici qüvvələrin daxili təxribatının reallaşdırılmasına xidmət etməkdən savayı bir şey deyildir desək yanılmarıq. Bu gün Tərtərdə süpürgəçi ayda 10 manat hesab verməsə, hər daşı düşmən gülləsinə tuş gələn evinə 1 çörək apara bilmir. Rüşvət verməsə işdən qovulur, ac və susuz, qazsız, işıqsız qaranlıq komasında cəmiyyətdən təcrid edilmiş kimi bağlı qapı arxasında qalmaq məcburiyyətində olur.

İcra başçısı təyin edilən Müstəqim Məmmədov prezidentin ona göstərdiyi etimada laqeyd qaldığı kəlimələri əhalinin dillinin əzbəri olub. Bu fikrlərin isə onun göz yumduğu Tərtər RTŞ-nin müdiri Surxay Mirzəyevin əməlləri formalaşdırmaqdadır.

Bir gün belə hərbi xidmət çəkməyən Surxay Mirzəyev televiziyaya son müsahibəsində elə danışdı ki, dəhşətə gəldim. Hərbidə olmayan bu şəxsin vətənə borcunu ödəmək acizliyi azmış kimi bu sahədən leksiya danışması gülünc bir görüntü sərgiləməkdə idi. Sanki bu çıxışı ilə məndə varammış kimi görüntü yaradaraq hakim dairələrə özünü nümayiş etdirirdi. Erməni ilə əlbir olub saxta diplom sahibi olanlar bu gün diplomunun öz qabiliyyəti sayəsində aldığını düşünməsi belə utanc verici əməllərdəndir.
Bu şəxsin yəni S.Mirzəyevin son müddətdə Tərtər şəhər 1 saylıda apardığı qurma oyunların artıq sayı hesabı itirilib. Belə ki, dəfələrlə 1 saylı məktəbin direktor kreslosunun boş qaldığını xəbər versəkdə nazirlik məsələyə soyuq yanaşaraq S.Mirzəyevin maraqlarına qulluq etmiş oldu. S.Mirzəyev isə bu susqunluqdan nazirin onun qohumu olduğunu subut etmiş kimi göründü və təhsildə olan şəxslər ondan qorxmaq məcburiyyətində qaldı.
Tərtər Təhsil şöbəsi tərəfindən - Dövlətin təməlinə vurulan zərbələr
RTŞ-nin müdiri yeni oyun taktikası quraraq onun sözündən çıxmayaraq əmrləri olduğu kimi icra edəcək birisini yəni müvəqqəti birisi olan Vaqif Əsgərovu direktor təyin etmiş oldu. V.Əsgərov o şəxslərdəndir ki, S.Mirzəyevin qanunsuz olan göstərişlərini qanuni olaraq guya icra edirmiş kimi təbliğ edən və gəliri olmadığı işdə imzasını belə atmamaqda israrlı şəxsdir. Tərtər sakinlərindən əldə etdiyimiz bilgilərə görə, Vaqif Əsgərov S.Mirzəyevin ən sadiq və gəlirli adamlarından olmaqla yanaşı rayon məktəblərində yoxlama adıyla "şirinlik ” yığan və maddiyyat əldə edə bilməyəndə belə bir necə mal-qarayada razı duraraq istədiyini aldıqdan sonra məktəb direktoru yoxlamadan üzü ağ çıxmaq şərəfinə nail olduğu qeyd edilir.

Vaqif Əsgərovun direktor təyin edilməsi sanki rayonda müharibə başlanacağından xəbər verməkdədir. S.Mirzəyev Bakunews.az-a verilən məlumatların mənbə ovuna çıxaraq iz itirmək məqsədi ilə V.Əsgərovu direktor təyin etdirdi. Direktor imtahanında adı belə olmayan bu şəxsin hansı yolla direktor olduğu isə açıq aydın bəlidir. Müvəqqəti direktorluq kürsüsünə əyləşən Vaqif müəllim əslində məktəbdə təmizlik işləri apararaq yerini Gülarəyə vermək üçün əmr aldığıda verilən məlumatlardadır.

V.Əsgərov əslində direktor olmaq üçün heç bir rüşvət verməyib. O sadəcə əmri icra edir ki, S.Mirzəyevin maraqları təmin edilsin desək yanılmarıq. "Yumurtadan yun qırxan” birisi niyədə müvəqqəti oturacağı yerə pul niyə versin ki.

BakuNews.az-a etibarlı mənbələrdən verilən məlumatda bildirilir ki, V.Əsgərovun yeni təyinatı heçdə sakitliklə qəbul edilməyib. Belə ki, S.Mirzəyevin maraqlarını icra edən V.Əsgərov texniki işçilərin işinə son vermək qərarı alıb. Bu qərarın alınmasına isə V.Əsgərovun onları işdə saxlaması üçün rüşvət tələb etməsi, işçilərin isə buna etirazı edərək mitinq təşkil etməsi olub…

Plansız qərarlar və nazirliyin RTŞ-nin qanunsuzluqlarına susması texniki işçilərin və müəllimlərin haqqlı etirazına səbəb yaratmaqdadır. Tərtər şəhər 1 saylı məktəb işçiləri etiraz əlaməti olaraq məktəbdən polis idarəsinə qədər məsafədə yürüş ediblər. Məsələnin əsas mahiyyəti isə texniki işçiləri çıxarıb yerinə pul alaraq yenilərini götürməkdir. Bu məqsədə çatmaq istəyən Vaqif Surxay cütlüyü niyyətini reallaşdırmaq üçün əllərindən gələni etməkdədirlər.

Son günlər rayon camaatının diqqeti 2 saylı sarcalı məktəbinə yönəlib. Bir müddət əvvəl Sarıcalı 2 saylı məktəb direktoru Yaşar Məhərrəmov tərəfindən gözətçinin işinə son verilməsi həmin kənd sakinləri yəni işdən azad edilən şəxsin qohumlarının etirazına səbəb olub.

Kənd sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, məktəbin direktoru Yaşar Məhərrəmovla kənddin aqsaqqalı Qəmbər Babayevlə tez-tez münaqişə baş verməkdədir. Buna səbəb isə direktorun Qəmbərin qohumlarını qanunsuz yolla işdən azad etməsi olub. "Görünən dağa bələdçi gərək deyil” misalı yerinə düşər. Rayon üzrə hansı qanunsuz əməllər baş verirsə hamısının altından RTŞ müdiri S.Mirzəyevin yaxın adamları çıxır. Mənbə bildirib ki, hətta ötən həftə Qəmbər Babayevin təşkilatçılığı ilə direktorun özbaşınalıqına, kəndin aqsaqqalını saymadığına görə məktəbin qarsısında və rayon İcra Hakimiyətinin qarşısında mitinq təşkil edilib. Bütün bunlarla bağlı Tərtər rayon İcra Hakimiyyətindən məlumata almaq cəhdlərimiz isə boşa çıxdı. Redaksiyamıza verilən məlumata görə, bu halların eynisi Kolanlı və Xoruzlu orta məktəblərində də baş vermək üzrədir.

Bütün bu baş verənləri nəzərə alsaq artıq RTŞ müdirinin səriştəsizliyinin aydın şəkildə görmək mümkündür. Tərtər RTŞ-nin müdiri vəzifə səlahiyyətlərini layiqincə icra edə bilməməsi rayonda qarşı durmaya səbəb yaratmaqdadır. Rüşvət və özbaşınalıq rayonda ayaq açıb yeriməkdədir ki, bununda qarşısını yalnız RTŞ müdirinin vəzifə səlahiyyətlərinə son verməklə bitirmək mümkündür.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300