Yasamal rayonunda "Qanlı göl” adı ilə tanınan ərazidə (Badamdar qəsəbəsinə düşən hissə) yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı aparılan köçürülmə işləri hələ də sona çatmayıb. Əhalinin çoxuna kompensasiya və ev verilsə də, hazırda 40-a yaxın ailə köçürülməyib. Söküntü işlərinə 3 il öncə başlanılsa da proses hələ yekunlaşmayıb. Xarabalığa çevrilən ərazidə onlarla ailə zülmlə yaşamağa məcburdur.

Qeyd edək ki, "Qanlı göl” adlanan ərazidə yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunacağı nəzərdə tutulur. Şəhərcikdə 2 minə yaxın mənzil tikintiləcək.

Musavat.com-un olaraq adıçəkilən əraziyə baş çəkib sakinlərin gileyini dinlədik.

Söküntü aparılan ərazi xarabalığı xatırladır. Əksər evlər söküldüyündən zavodların, müəssisələrin tullantı məkanına çevrilib. Zibilliyə çevrilmiş ərazidən gələn üfunət iyi və gəmirici həşaratlar burada yaşayan ailələrin güzəranını cəhənnəmə çevirib.

Yaşıllıqlar məhv edilir. Bütün bunlar aidiyyatı qurumların gözü qarşısında baş versə də, görməzdən gəlinir. Bu qədər insanın sağlamlığı üçün isə heç kim məsuliyyət daşımır.

Ərazidə olduğumuz zaman köçürülməyən sakinlərin evlərini tapmaqda belə çətinlik çəkdik. Zibil tullantıları və söküntü qalıqları hündür təpələr yaratdığından qarşıdakı evləri görmək çətindir. Avtomobil yolları keçilməz durumdadır. Kanalizasiya xətləri isə tam yararsız vəziyyətə düşüb. Gölməçələrin yarandığı yoldan piyadaların keçməsi də müşkülə çevrilib.

Sakinlər deyir ki, axşam saatlarında isə çaqqal və tülkülərin səsindən qulaq tutulur. İşıq dirəklərinin olmaması sakinləri axşam saatlarında zülmət qaranlığa təslim edir. Bu ərazidə axşam saatlarında evdən çıxmaq, harasa getmək böyük cəsarət tələb edir.

Bu vəziyyət bir anlıq beynimizdə sual doğurur ki, bu qədər ailə niyə köçürülmür? Bu suala sakinlərdən cavab almağa çalışdıq.

Lakin sakinlərin əksəriyyəti danışmağa ehtiyyat edirlər. Onlar böyük ümidlə mənzil veriləcək günü gözləyirlər. Bu səbəbdən də, özlərinin də dediyi kimi, həmin qurumları tənqid edib, şanslarını itirmək istəmirlər. Lakin anonim də olsa, sakinlərdən birinin fikirlərini ala bildik: " Burada qalan təxminən 40 ailəyə 600 manatdan kompensasiya və yaxud mənzil veriləcəyi nəzərdə tutulub. Tez-tez gəlib yoxlayırlar. Lakin heç kim nə zaman köçürüləcəyimiz barədə məlumat vermirlər. Mən inanmıram ki, bizi köçürsünlər. Bizə ayrılan vəsaitlər çoxdan məmurların cibindədir. Ölçü işlərində də camaatı aldatdılar. Külli miqdarda pul mənimsədilər. Razı olmayanları bayıra atdılar. Adına bank hesabı açıb, müəyyən məbləğ köçürüb, yola saldılar. Bu yolla ortada milyonlar oynadı. Kim sökdü, kim yedi, onu dəqiq deyə bilmərəm. Siz diqqət edin ki, necə pərakəndə şəkildə söküntü aparıldı. Küncdə-bucaqda, görünməyən ərazilərdəki evlərə toxunmayıblar. Bəlkə də yalandan yuxarıya söküntünün bitdiyi barədə məlumat çatdırırlar. Nə bilək, bəlkə də qalan ailələri də gecə ilə "sənətiniz yoxdur”bəhanəsi ilə çölə atacaqlar”.

15 ilə yaxındır ki, kiçik bir daxmada tənha yaşayan 60 yaşlı Şahid Ağayevin evinə baş çəkdik. Dar, enişli-yoxuşlu yollarda çətinliklə yeridiyini deyən həmsöhbətim burada cəhənnəm əzabı yaşadıqlarını dedi. Bu müddət ərzində burada yaşasa da, onu mənzil və yaxud kompensasiya üçün qeydiyyata almadıqları üçün gileyləndi.

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyin:


 

Məğrur Mərd, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300