ABŞ kəşfiyyatı "Kaperski laboratoriyası”nı milli təhlükəsizliyə təhdid törədir

ABŞ kəşfiyyatı şirkətin kibertəhlükəsizliklə məşğul olmaq əvəzinə kibercasusluq etməsindən şübhələnir

ABŞ kəşfiyyatı "Kasperski laboratoriyası” şirkətinin ölkənin milli təhlükəsizliyinə təhdid törədə biləcəyi barədə məlumat verib.

"ABŞ kəşfiyyatının əməkdaşları həyəcan içərisindədirlər. Rusiyanın kibertəhlükəsizliklə məşğul olan "Kasperski laboratoriyası” şirkəti ABŞ hökumətinin sistemlərinə çıxış əldə ediblər.

Kəşfiyyatçılar Ümumi Xidmət İdarəsinə (ABŞ-da dövlət agentliyi-red.) sorğu verərək federal agentliklərin hansı vaxtdan etibarən "Kasperski” firmasının xidmətindən yararlandığını öyrənmək istəyiblər”.

Musvat.comxəbər verir ki, bu cümlələr BuzzFeedNews xəbər portalında Eli Uotkins və Şira Frenkel tərəfindən qələmə alınan yazıda yer alıb.
Məqalə müəllifləri ABŞ kəşfiyyatının 3 anonim isminə istinadən verdikləri məlumata görə, təhlükəsizlik orqanlarının "Kasperski laboratoriyası” şirkəti ilə Rusiya dövlətinin sıx münasibətlərə malik olmasından narahat olduğunu qeyd edib. ABŞ kəşfiyyatı dövlət sisteminin işləmə mexanizmi ilə bağlı bütün məlumatların ruslara ötürülə biləcəklərindən ehtiyatlanır.

"Kasperski laboratoriyası”nın mətbuat katibi isə BuzzFeed News-a bununla bağlı çıxan informasiyaların həqiqətə uyğun olmadığını, şirkətin dünyadakı heç bir dövlətə kibercasusluqla bağlı yardım etmədiyini söyləyib.

Məqalədə ABŞ kəşfiyyatının bu tip informasiyalarla əlaqədar narahat olmaq üçün əllərində kifayət qədər əsas olduğu vurğulanır. "Ən azı 2016-cı il prezidnet seçkiləri öncəsində Demokrat partiyasının və Hillari Klintonun seçki qərargahının serverlərinə həyata keçirilən uğurlu hücumları yada salmaq kifayətdir”, məqalədə deyilir.

Qeyd olunur ki, dünyanın nüfuzlu anti-virus şirkətlərindən biri hesab olunan"Kasperski Laboratoriyası”şirkətinin Kremllə və xüsusilə Federal Təhlükəsizlik Xidməti ilə bağlılığı barədə müntəzəm məlumatlar gedir.

Şirkət rəhbəri Yevgeni Kasperski hər vəchlə üzərinə qoyulan bu ittihamları uzaqlaşdırmağa çalışır. Buna rəğmən opponentləri onun vaxtilə Rusiya Müdafiə nazirliyində proqramçı-mühəndis kimi çalışdığını xatırlatmaqdan yorulmurlar.

"İcazə verin hər şeyi açıq və böyük hərflərlə bəyan edim ki, MƏN HEÇ VAXT DTK-YA İŞLƏMƏMİŞƏM”,- Kasperski öz bloqunda az qala yazı dili ilə bağıraraq bu kimi iddialara cavab verib.

Məqalədə Kasperski laboratoriyasının 2008-ci ildə ABŞ-ın Milli Səhiyyə institutunun onlayn sistemlərinin kiber müdafiəsi ilə bağlı müqavilə imzaladığı qeyd edilib. Bundan başqa 2014-cü ilə qədər Ədliyyə nazirliyi, Maliyyə nazirliyi və Dövlət Departamentinin bir sıra iri idarələri də şirkətin xidmətlərindən istifadə ediblər.

Kəşfiyyatçıların BuzzFeed News-a verdikləri məlumata əsasən, "Kasperski laboratoyası”nın ABŞ hökuməti ilə bu cür onlarla müqaviləsi mövcuddur.
"Əsas problem bundan ibarətdir ki, şirkətin məhsulları ABŞ-ın dövlət agentliklərinə kənar podratçılar tərəfindən təqdim olunur”, məqalədə qeyd olunur.
Xəbərdə kəşfiyyatçıların ABŞ hökumətinin "Kasperski laboraroriyası” nın bu tip kənar satıcılarla öz aralarındakı sövdələşmələrin içərisi ilə bağlı məlumata malik olmamasından ehtiyat etdikləri vurğulanıb.

Qeyd olunur ki, ABŞ kəşfiyyatının keçmiş rəhbəri general Ceyms Klepper də Rusiyanın ABŞ-dakı prezident seçkilərinə qarışması ilə bağlı Senatda keçirilən dinləmələrdə Moskvanın ABŞ-ın seçki sisteminə müdaxiləsi ilə bağlı informasiyaların doğru olduğunu təsdiqləyib və hökuməti buna qarşı addımlar atmağa çağırıb.(musavat.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300