Vasif İSMAYIL

Yenə "azəri" sözü haradansa xortlayıb. Həyatda ən sevmədiyim sözlərdən biridir. Bu kəlməni istifadə edənlərə hörmət etmirəm.

Niyə?

Məsələnin məğzi nədir?

Bu gün ətrafınızda tanıdığınız millətlərin əksəriyyəti Hind-Avropa xalqlarıdır: farslar, ermənilər, ruslar, yunanlar, almanlar, fransızlar, italyanlar, hindlilər, pakistanlılar və s.

Cənubda semit xalqları, yəni ərəblər və yəhudilər yaşayırlar.

Hind-Avropalıların Avrasya qitəsində "hakimiyyətinə" mane olan yeganə xalq Altay ailəsinə mənsub olanlardır. Xüsusilə də türklər.

Altay ailəsinə müxtəlif xalqlar aiddir. Məsələn, yaponlar, koreyalılar, monqollar, finlər və s.

Tarixdə təkzibolunmaz bir neçə həqiqət vardır:

-Qafqazdan Moskvaya qədər regionda yaşayan qədim xalq skiflər olmuşdur. Skiflər heç bir yazılı abidə buraxmayıblar.Şəhərləri taxtadan olub. Önəmli insanlarını kurqanlarda basdırıblar.

-Mesopotamiyadan Van gölünə qədər yaşayan şumerlərin etnik kimliyi dəqiqləşdirilməyib. Onların dili haqqında yeganə təsdiq olunmuş fakt söz kökünə şəkilçi əlavə edərək danışdıqlarıdır. Məsələn, ata, atanın, atamın, atamdan və s. kimi. Hind-

Avropalılar ancaq sözün kökünün əvvəlinə şəkilçi əlavə edirlər.

-Qafqazda aparılmış bütün genetik araşdırmalar bölgəyə Hind-Avropa xalqlarının gəlmə olduğunu sübut edir. Öz qonşuları ilə yaxınlığı olan yeganə xalq ermənilərdir. Öz də Qarabağ erməniləri. Onlara genetik olaraq ən yaxın xalq azərbaycanlı türklərdir.

-Qafqazda yaşayan özünü "türk" sayan xalqlar və Qafqaz xalqlarının bölgəyə "doğma" olduğunu isbat edən genetik araşdırmalar var.

-Herodotun yazdığına görə, Qafqaz Azərbaycanının "ağası" massaget adlanan xalq olubdur. Onların Tomris adında lideri haqqında da Herodotun "Tarix" əsərində yazılıbdır. Massagetlər praktik olaraq skiflər kimi məişətə sahib olublar. Yazılı abidə buraxmayıblar.

-İndiki Cənubi Azərbaycan ərazisi isə Midiya olub. Oranın xalqı Göydə oturan tanrıya sitayiş ediblər (Herodota görə əllərini göyə açaraq dua ediblər). Çox qanunpərəst olublar. Öz qonşuları farsları sevməyiblər, onlara uzun müddət ağalıq ediblər, amma axırda özlərinə qan qohumluğu çatan Kir tərəfindən məğlub edilərək Persiyaya qatılıblar. Yazılı abidə qoymayıblar.

-Hind-Avropa xalqları əksər hallarda daşdan tikilmiş abidələr buraxıblar. İsa Məsihə qədər Yaxın Şərqdəki bütün abidələr Hind-Avropalı və semitlər tərəfindən inşa edilib.

-Türk etnosuna mənsubiyyəti artıq şübhə doğurmayan hunlar, suvarlar, xəzərlər isə ancaq taxtadan ev tikiblər, görkəmli insanlarını kurqanlarda dəfn ediblər. Onların məişətinin bütün çalarları skiflərlə eynidir.

İşin qısası.

Avrasiya qitəsi Moskvadan Qəzvinə qədər skif, massaget, midiyalı, xəzərlər, hunlar və suvarların hakimiyyətində olub.
Xalqların mənşəyini araşdıran ilk alimlər orientalistlər olublar. Onlar hindlilər, farslar, assurlar kimi xaqların daşdan tikdiyi möhtəşəm əsərlərin, şəhərlərin təsiri altında valeh olublar. Türklərin buraxdığı balballar və qoyun heykəlləri həqiqətən də

Persepolis şəhəri və ya Babil qülləsinin yanında kiçik qalırdı və əsrlər boyu heç kəsin diqqətini cəlb etmirdi.

İlk orientalist alimlərin əksəriyyəti iranşünas idi.

Daha sonra macarların və qismən də almanların təsiri ilə türkologiya sahəsi inkişaf etdi.

Amma artıq gec idi.

Klassik orientalistlər skifləri, massagetləri, sarmatları, hunları, suvarları, midiyalıları irandilli xalqlar elan etmişdilər.
Daha sonra türkologiya elmi hunları, xəzərləri və suvarların birmənalı türk olduqlarını isbat etdi.

Ortada böyük bir problem yarandı: Qafqaz və Orta Asiya türkləri kimlərdir? İraqdan Dərbəndə qədər yaşayan türklər kimlərdir?

Orientalizm daha öncə yaranan bir elmi axımdır. Onun əsas elmi metodu "dilçilikdir". Xalqın etnik kökü haqqında ancaq yazılı mətnlərə və yaşayan dillər üzərindən fikir yürüdür. Bu metod İraqdan Dərbəndə qədərki türk dilini izah edə bilmirdi.
Orientalistlər bunu ancaq bir müddəa ilə izah edirlər: türklər bu bölgəyə əvvəlcə hun, daha sonra səlcuqlar olaraq gəldilər və bölgə xalqının dilini türkləşdirdilər.

Bu tezisi havada yaxalayan iranlı bir türk olan Əhməd Kəsrəvi keçmiş midiyalıların əslində irandilli olduğunu, daha sonra bu bölgədə yenə irandilli "Azəri" xalqının yaşadığını, amma daha sonra türkləşdiyini iddia etdi.
Ondan sonra da başladı həngamə.

Hələlik bu fikrin tutunduğu iki inanc var:

-Skiflər irandilli xalqdır.

-Massagetlər Herodotun yazdığı kimi Orta Qafqazda (indiki Azərbaycan respublikasında) paytaxtı Bərdə olan bölgədə deyil, əslində Orta Asiyada Amudərya çayı sahilində yaşayıblar.

Orientalistlərin vəziyyəti gedərək çətinləşir.

Skiflərin türk olduğuna dair ciddi alimlərin açıqlamaları artır.

Əvvəllər mövcud olmayan genetik təhlil metodu meydana çıxdı və buna görə bölgədəki türklər öz qeyri-türk qonşuları ilə həm ana (mitoxondrial), həm də ata tərəfdən tamamilə eyni çıxır.

Bu türklər bura gəlmə idisə, bu genetik eynilik nədir?

Azərbaycanlı türk Orta Asiyadakı türkmən ilə eyni xalqdırsa, niyə bu ikisinin arasındakı bənzərlik azdlr? Orta Asiyadan gələn "ataların" genetik izi niyə Qafqazda bəlirgin deyil?

Orta Asiyadan gələn "ata" yoxdursa, Qafqazda və indiki İranda bu türklər haradan çıxdılar?

Tarixçi olmasam da, bu mövzuda çoxlu elmi araşdırma oxumuşam.

Məncə tarix elmi axırda bu faktları qəbul edəcək:

-Skiflər türkdürlər.

-Massagetlər elə Qafqazda yaşayan skiflərdir.

Midiyalıların haqqında nə qənaətə gələcəklərini deyə bilmərəm.

"Azəri" termini müasir iranşünaslığın artıq qəbul etmək istəmədiyi siyasi bir anlayışdır. Elmi platformda bu termini "uduzduqları" üçün ancaq siyasi platformda aradabir xortladırlar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300