Gözlə görülməyən, hissiyyat orqanları ilə duyulmayan məfhumlara qeyb deyilir. Qeyb - hazırın ziddidir. Dini anlamda keçmişdə və gələcəkdə, həmçinin, insanın olduğu məkandan çox-çox uzaqlarda baş verən hadisələrlə, axırət, qiyamət kimi mövzularla bağlı biliklər də qeybə aiddir.

Uluyol.info islam.az-a istinadən bildirir ki, Qurani-kərimdə qeybi biliklərin bir neçəsi xatırlanır: "Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Loğman, 34).

Alimlər qeybi bilikləri iki hissəyə bölürlər. Mütləq qeyb qisminə aid biliklər yalnız və yalnız Allaha məlumdur. Məsələn, Allahın zatının mahiyyəti, qiyamətin vaxtı və s. "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir" (Ənam, 59). "Qeyb ancaq Allaha məxsusdur" (Yunus, 20). Hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) də qeyb aləmindəki bəzi məlumatlardan xəbərsiz olduğu Quranda təkid edilir: "De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri var. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram" (Ənam, 50).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300