Təbrizin "Traktor” futbol klubu öz tərəfdarlarına, xüsusilə də Qaşqay türklərinə müraciət ünvanlayıb.

 Müraciətdə qarşıdakı günlərdə Xürrəmşəhrdə keçiriləcək "Traktor” – "Neft” oyununda azarkeşlərdən aktiv olmaları xahiş edilib.

"İran kuboku yarışları son mərhələsindədir. Bu çərçivədə mayın 11-də Xürrəmşəhrdə keçiriləcək görüşdə Azərbaycan futbolunun təmsilçisi "Traktor” Tehranın "Neft” komandası ilə üz-üzə gələcək. Ötən Super Liqa yarışlarında bir çox problemlə üzləşən "Traktor” sonda üçüncü oldu. Ölkə kubokunda isə qalib olmağa sadəcə bir addım qalıb. "Traktor” tərəfdarları sübut ediblər ki, istənilən zaman komandalarını dəstəkləyib, "Yel yatar, tufan yatar – Yatmaz Traktor bayrağı” şüarına əməl edərək, doğma komandanı heç bir stadionda tək buraxmayıblar. Bu dəfə isə "Traktor” tərəfdarları İranın cənub bölgəsində "Yaşasın Azərbaycan” şüarı səsləndirəcəklər.

Şübhəsiz ki, "Traktor”un İranın hər yerində tərəfdarı var. Qaşqay türkləri və Azərbaycanda yaşayan komanda tərəfdarlarından Xürrəmşəhrdə keçiriləcək görüşdə tamaşaçı qismində aktiv iştirak edəcəklərini gözləyirik”, - deyə klubun müraciətində bildirilib.(axar.az)

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300